“Elmi Hövzənin minilliyi” mərasiminin iştirakçısı olan heyətlər Nəcəfi Əşrəfə daxil olublar.
İraqın müqəddəs ocaqlarının himayəsi və ev sahibliyi ilə keçirilən “Elmi Hövzənin minilliyi” layihəsinin elan edilməsi üçün böyük mərasimdə iştirak etmək məqsədilə elmi, mədəni və rəsmi heyətlər Nəcəfi Əşrəf şəhərinə daxil olublar.
İştirakçı heyətlər dini işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin xidmətçiləri və mərasimin təşkilat komitəsinin nümayəndələri tərəfindən qarşılanıblar. Bu qarşılanma mərasimi, hadisənin əhəmiyyətini əks etdirən və Nəcəfi Əşrəfin bir neçə yüzillik elmi və intellektual keçmişini xatırladan bir atmosferdə baş tutub.
Mərasimin təşkilat komitəsi daha əvvəl bu tədbirin keçirilməsi və Nəcəfi Əşrəf Elmi Hövzəsinin minillik yolunun sənədləşdirilməsi üçün texniki və media hazırlıqlarının başa çatdığını elan etmişdi; bu elmi hövzə min il ərzində dəyərli elmi və intellektual irs və nailiyyətlər təqdim edib.




