Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəminin nümayəndə heyəti Pakistanın tarixi məscidini ziyarət edib

İmam Əli (ə) hərəminin Pakistana göndərdiyi nümayəndə heyəti Lahor şəhərində yerləşən tarixi Bədşahi məscidini ziyarət edib.

İmam Əli (ə) hərəminin nümayəndə heyəti Pakistanın bir sıra şəhərlərində dini, ictimai və universitet qurumları ilə görüşlərini davam etdirir. Bu görüşlər “Sadiqeyn Beynəlxalq Həftəsi”nin beşinci mərhələsinin keçirilməsinə hazırlıq və bu münasibətlə Əmirəl-möminin İmam Əlinin (ə) xidmətçilərinin iştirakının qeyd olunması çərçivəsində həyata keçirilir.

İmam Əli (ə) hərəminin nümayəndə heyəti Dini İşlər Bölməsinin rəhbəri Kərrar əl-Xəfəçinin başçılığı və “Minhac əl-Hüseyn” İnstitutundan doktor şeyx Məhəmməd Hüseyn Əkbərin müşayiəti ilə Lahor şəhərindəki tarixi Bədşahi məscidini ziyarət edib, məscidin məsul şəxsləri ilə görüşərək fikir mübadiləsi aparıb. Görüş zamanı məscidin məsul şəxsləri “Sadiqeyn Beynəlxalq Həftəsi”nin proqramlarında iştirak etməyə dəvət olunublar.

Əl-Xəfəci bildirib: “Bu görüş nümayəndə heyətinin müxtəlif qurumlarla əlaqələrin qurulmasına yönəlmiş proqramı çərçivəsində həyata keçirilib. Görüş zamanı İmam Əli (ə) hərəminin layihələri və fəaliyyəti, həmçinin zəvvarlara xidmət sahəsində göstərdiyi səylər barədə məlumat verildi. Eyni zamanda, məscidin məsul şəxsləri “Həzrət Məhəmməd və imam Sadiq (ə) həftəsi” münasibətilə keçiriləcək xüsusi mərasimlərdə iştirak etməyə dəvət olundular.”

Bədşahi məscidi “İmperator məscidi” və ya “Kral məscidi” adları ilə də tanınır və Lahor şəhərinin ən görkəmli İslam və tarixi abidələrindən biri hesab olunur. Məscid Moğol imperatoru Övrəngzibin əmri ilə 1674-cü ildə inşa edilib. Tarixi İslam memarlığı, eləcə də müxtəlif hissələrində qırmızı kərpic və mərmərdən istifadə olunması məscidi özünəməxsus memarlıq xüsusiyyətləri ilə fərqləndirir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir