İslam Peyğəmbərinin (s) mövludu münasibətilə Həzrət Məhəmməd Mustafanın (s) mübarək bayrağı Müqəddəs İmam Əli (ə) hərəminin nümayəndə heyətinin iştirakı ilə Pakistanın Lahor şəhərində dalğalandırılıb.
Beşinci “Beynəlxalq Sadiqeyn həftəsi”nin proqramları çərçivəsində Pəncab əyalətinin mərkəzi və Pakistanın ikinci ən böyük şəhəri olan Lahorda İslam Peyğəmbərinin (s) bayrağının qaldırılması mərasimi keçirilib. Mərasim Müqəddəs İmam Əli (ə) hərəminin nümayəndə heyətinin iştirakı və “Minhacul-Hüseyn (ə)” İnstitutunun koordinasiyası ilə təşkil olunub.
Bayrağın qaldırılması mərasimində müxtəlif məzhəblərə mənsub çoxsaylı rəsmi şəxslər, dini şəxsiyyətlər və cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri iştirak ediblər. Tədbir İslam Peyğəmbərinə (s) və İmam Cəfər Sadiqə (ə) olan sevgi və ehtiramın təcəssümü kimi bayram və sevinc ab-havasında keçirilib.
Mərasim Müqəddəs İmam Əli (ə) hərəminin Dini İşlər Şöbəsinin rəhbəri Kərar əl-Xəfəcinin başçılıq etdiyi nümayəndə heyətinin proqramı çərçivəsində, hərəmin ictimaiyyətlə əlaqələr, media və dini işlər bölmələrinin bir sıra xidmətçilərinin iştirakı ilə keçirilib.
Bu nümayəndə heyəti “Həzrət Məhəmməd (s) və imsm Sadiq (ə) həftəsi” proqramlarını Pakistanın bir sıra şəhərlərində qeyd etmək, dini və ictimai qurumlar və şəxsiyyətlərlə əlaqələri genişləndirmək, həmçinin bu münasibətlərlə bağlı Əmirəl-mömininə (ə) xidmət edən şəxsləri tanıtmaq məqsədilə Pakistana səfər edib.




