Most searched:

“Həzrəti Məhəmməd (s) və imam Sadiq (ə)

İmam Əli (ə) hərəminin “Həzrəti Məhəmməd (s) və imam Sadiq (ə) Beynəlxalq Həftəsinin” keçirilməsinə hazırlığı

İmam Əli (ə) hərəmi «Həzrəti Məhəmməd (s) və İmam Sadiqin (ə) Beynəlxalq Həftəsi»nin beşinci mərhələsinin keçirilməsinə hazırlaşıb.

İmam Əli (ə) hərəmi İslam Peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mövlud ildönümü münasibətilə keçiriləcək «Həzrəti Məhəmməd (s) və İmam Sadiqin (ə) Beynəlxalq Həftəsi»nin beşinci mərhələsinin proqramlarına başlamaq üçün bütün hazırlıqların tamamlandığını açıqlayıb.

Bu həftə müxtəlif təbəqələr üçün həmin əlamətdar hadisənin qeyd olunması və onun ümumi mədəni şüurda əhəmiyyətinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif proqramları əhatə edir.

Strateji Planlaşdırma və İnkişaf Bölməsinin «Nəzm» Mərkəzinin rəhbəri Vəssam İsgəndər xəbər mərkəzinə verdiyi müsahibəsində bildirib:

«Sadiqeyn həftəsinin beşinci mərhələsi dini, mədəni və interaktiv aspektləri özündə birləşdirən zəngin proqramla keçiriləcək və müxtəlif qrupların iştirakına imkan yaradacaq. Həmçinin İraqdan kənarda da proqramlar təşkil olunacaq.»

O əlavə edib:

«Bu həftənin proqramlarına mərkəzi bayrağın dəyişdirilməsi mərasimi, Quran məclisləri, “Sadiqeyn feyzi” adı altında silsilə çıxışlar, onlayn müsabiqə, həmçinin təltif mərasimləri və sosial tədbirlər daxildir. Bu tədbirlər çərçivəsində yeni dünyaya gəlmiş körpələr, seçilən şəxslər və İmam Əli (ə) hərəminin xidmətçilərinin yüksək nailiyyət göstərmiş övladları təltif ediləcək.»

O, sözünə davam edərək bildirib:

«Həftənin proqramlarında mədəni, ədəbi və incəsənət bölməsi də geniş şəkildə təmsil olunacaq. Bu çərçivədə “Nübüvvətin parıltısı” sərgisi, İmam Əli (ə) hərəminin müqəddəs məkanında ümumxalq şənliyi, “Böyük Rəsul” adlı beynəlxalq ərəb şeiri festivalı və yeniyetmələr üçün Nəbəvi şeir festivalı keçiriləcək. Bu proqramlar İslam Peyğəmbərinin (s) həyatı və İslam dəyərləri ilə bağlı ədəbi və incəsənət əsərlərinin tanıdılmasına və önə çıxarılmasına mühüm töhfə verəcək.»

İsgəndər qeyd edib:

«Bu proqram çərçivəsində düşüncə və sosial yönümlü tədbirlər də keçiriləcək. Bunlara “Qadın və İmam Sadiq (ə) məktəbi” adlı dialoq formatında görüş, uşaqlar üçün “Mühsin” mədəni platforması və təntənəli mərasimlər heyətlərinin məsul şəxslərinin toplantısı daxildir. Həmçinin zəvvarların qarşılanması və onlara yemək verilməsi ilə bağlı proqramlar da nəzərdə tutulub.»

«Nəzm» Mərkəzinin rəhbəri Sadiqeyn həftəsinin beynəlxalq aspektinə də toxunaraq vurğulayıb:

«Mübarək “ən-Nureyn” məclisi Azərbaycan Respublikasında və Pakistanda keçiriləcək. Bu, həmin əlamətdar hadisənin müxtəlif ölkələrə yayılmasını, həmçinin İmam Əli (ə) hərəminin İslam ölkələrinin dini və mədəni qurumları və cəmiyyətləri ilə əlaqələrin möhkəmləndirilməsinə, eləcə də İraqdan kənarda İslami fəaliyyətlərin dəstəklənməsinə göstərdiyi diqqəti nümayiş etdirir.»

Bu proqramlar İmam Əli (ə) hərəminin aidiyyəti bölmə və şöbələri arasında həyata keçirilən birgə səylər çərçivəsində, təşkilati, texniki, media və xidmət sahələrindəki hazırlıqların tamamlanması məqsədilə təşkil olunur. Bütün bu səylər mərasimlərin bu müqəddəs münasibətin şəninə layiq şəkildə keçirilməsinə, həmçinin İmam Əli (ə) hərəminin dini, mədəni və intellektual fəaliyyətlərin himayədarı və ev sahibi, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə mədəni sahədə fəal bir qurum kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir