İmam Əli (ə) hərəminin qadınlar üçün dini təhsil bölməsi İmam Məhdinin (ə.f) imamətinin başlanmasının ildönümü münasibətilə dini maarifləndirmənin gücləndirilməsi məqsədilə Mehdəvi məclis təşkil edib.
İmam Əli (ə) hərəminin dini işlər bölməsinə bağlı Qadınların Dini Təhsil Şöbəsi İmam Mehdinin (ə.f) imamətinin başlanmasının ildönümü münasibətilə dini-mədəni məclis keçirib. Bu məclis Mehdəvi mədəniyyətinin gücləndirilməsi və genişləndirilməsi məqsədilə həyata keçirilən proqramlar çərçivəsində təşkil olunub.
Şöbənin məsul şəxsi Sündüs Rza xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: «Bu məclisdə məsum imamların (əleyhimussəlam) həyat yolu və sirəsi ilə bağlı əyani müsabiqə keçirilib. Dini məlumat və mərifətin artırılması məqsədi daşıyan müsabiqə interaktiv, faydalı və maraqlı formada təşkil olunub. Həmçinin bu mübarək hadisə münasibətilə bir sıra dini və məzhəbi nəğmələr ifa edilib».
Qeyd edək ki, İmam Məhdinin (ə.f) imamətə başladığı günün ildönümü möminlərin öz imamlarını yad etdiyi, onlara olan əhd və vəfadarlıqlarını yenilədiyi mübarək günlərdən biridir.





