İmam Əli (ə) hərəminin Rəsul Əzəm (s) xidmət məntəqəsində hər gün Ərbəin zəvvarlarına 15 mindən çox yemək təqdim olunur.
İmam Əli (ə) hərəminin Avtomobil şöbəsinin Mülki Müdafiə (Təhlükəsizlik) və Təcili Yardım bölməsinə bağlı fəaliyyət göstərən Rəsul Əzəm (s) xidmət məntəqəsi, Ərbəin günləri üçün hazırlanmış kompleks xidmət planı çərçivəsində gecə-gündüz müqəddəs Nəcəf şəhərinə daxil olan minlərlə zəvvvara xidmət göstərir.
Mülki Müdafiə (Təhlükəsizlik) və Təcili Yardım bölməsinin məsulu Səd Səbbar imam Əli (ə) hərəminin Xəbər Mərkəzinə bildirib:
“Bu xidmət məntəqəsi İmam Əli (ə) hərəminin hazırladığı proqram çərçivəsində sutka ərzində fasiləsiz fəaliyyət göstərərək Ərbəin günlərində zəvvarların sayının əhəmiyyətli dərəcədə artmasını nəzərə alıb onlara müxtəlif iaşə xidmətləri təqdim edir.”
O əlavə edib:
“Xidmət məntəqəsində hər gün təxminən 7 min səhər yeməyi, 5 min nahar və 3 min 500 şam yeməyi olmaqla üç əsas yemək paylanır. Bununla yanaşı, zəvvarlara meyvə şirəsi, keks və sərinləşdirici içkilər də təqdim edilir ki, onların gün ərzindəki ehtiyacları təmin olunsun. Həmçinin hər gün uşaqlar üçün xüsusi süd və 7 min yüngül qida bağlaması zəvvarlar arasında paylanır.”
Qeyd edək ki, İmam Əli (ə) hərəmi Həzrət Əmirəlmöminin İmam Əlinin (ə) mübarək hərəmini ziyarət etdikdən sonra Kərbəlaya yollanan Ərbəin zəvvarlarına xidmət göstərmək məqsədilə genişmiqyaslı proqram həyata keçirir və bu proqram çərçivəsində bütün insan resurslarını və texniki imkanlarını səfərbər edərək zəvvarlara ən yüksək səviyyədə xidmət göstərir.
