İmam Əli (ə) hərəmi Məşhəd müqəddəs şəhərindən gələn “Ənsarul-Hüseyn (ə)” xidmət məntəqəsini qəbul edərək ona ev sahibliyi edib.
İmam Əli (ə) hərəmi Ərbəin zəvvarlarına xidmət proqramı çərçivəsində, İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərindən təxminən üç ay piyada yol qət edərək Nəcəfi-Əşrəfə çatan və Kərbəla istiqamətində hərəkət edən “Ənsarul-Hüseyn (ə)” xidmət məntəqəsini qəbul edib.
İmam Əli (ə) hərəminin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Xarici Əlaqələr Bölməsinin məsulu Həsən əl-Miyali hərəmin Xəbər Mərkəzinə bildirib:
“İmam Əli (ə) hərəmi Məşhəd müqəddəs şəhərindən piyada gələrək Əmirəlmöminin Həzrət Əlinin (ə) mübarək hərəmini ziyarətə gələn bu karvanı səmimi şəkildə qarşılayıb və ona ev sahibliyi edib. Zəvvarlara müxtəlif qonaqlıqlar təqdim olunub, həmçinin Həzrət Əmirəlmöminin Əlinin (ə) pak hərəminin təbərrük hədiyyələri paylanılıb. Bu, hərəmin zəvvarların rahatlığının təmin olunmasına, onlara ehtiram göstərilməsinə və layiqli xidmət təqdim edilməsinə verdiyi önəmin bariz göstəricisidir.”
Bu təşəbbüs İmam Əli (ə) hərəminin müxtəlif ölkələrdən gələn zəvvarlara xidmət göstərilməsi məqsədilə həyata keçirdiyi genişmiqyaslı xidmət proqramının tərkib hissəsidir. Həmin zəvvarlar Həzrət Əba Əbdillah əl-Hüseynin (ə) pak hərəmini ziyarət etmək və möhtəşəm Hüseyni Ərbəin mərasimində iştirak etmək üçün Kərbəla istiqamətində hərəkət edirlər.







