Seyyidüş-şühədanın (əleyhis-salam) Ərbəini
Seyyidüş-şühədanın (əleyhis-salam) Ərbəini səfər ayının iyirminci gününə təsadüf edir. Şeyx Tusi «Təhzib» və «Misbah» kitablarında imam Həsən Əskəridən (əleyhis-salam) belə rəvayət etmişdir:
«Möminin beş əlaməti vardır: əlli bir rükət namaz qılmaq. Burada məqsəd hər gecə-gündüz qılınan on yeddi rükət vacib və otuz dörd rükət nafilə (müstəhəb) namazdır; Ərbəin ziyarəti, üzüyü sağ ələ taxmaq, səcdə zamanı alnı torpağa qoymaq və “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək».
İmam Hüseynin (əleyhis-salam) Ərbəin günündə ziyarətinin qaydası iki şəkildə nəql olunmuşdur:
Birinci:
Şeyx Tusi «Təhzib» və «Misbah» kitablarında Səfvan Cəmmaldan belə rəvayət etmişdir. Səfvan deyir: «Mövcudum İmam Sadiq (əleyhis-salam) Ərbəin ziyarəti haqqında mənə belə buyurdu: Günün xeyli hissəsi keçdikdən sonra aşağıdakı ziyarətnaməni oxu:
السَّلامُ عَلَی وَلِی اللّهِ وَحَبِیبِهِ، السَّلامُ عَلَی خَلِیلِ اللّهِ وَنَجِیبِهِ، السَّلامُ عَلَی صَفِی اللّهِ وَابْنِ صَفِیهِ، السَّلامُ عَلَی الْحُسَینِ الْمَظْلُومِ الشَّهِیدِ، السَّلامُ عَلَی أَسِیرِ الْکرُباتِ وَقَتِیلِ الْعَبَرَاتِ.
اللّهُمَّ إِنِّی أَشْهَدُ أَنَّهُ وَلِیک وَابْنُ وَلِیک، وَصَفِیک وَابْنُ صَفِیک، الْفَائِزُ بِکرَامَتِک، أَکرَمْتَهُ بِالشَّهَادَةِ، وَحَبَوْتَهُ بِالسَّعَادَةِ، وَاجْتَبَیتَهُ بِطِیبِ الْوِلادَةِ، وَجَعَلْتَهُ سَیداً مِنَ السَّادَةِ، وَقَائِداً مِنَ الْقَادَةِ، وَذَائِداً مِنَ الذَّادَةِ، وَأَعْطَیتَهُ مَوَارِیثَ الْأَنْبِیاءِ، وَجَعَلْتَهُ حُجَّةً عَلَی خَلْقِک مِنَ الْأَوْصِیاءِ، فَأَعْذَرَ فِی الدُّعَاءِ، وَمَنَحَ النُّصْحَ،
Allahın vəlisi və sevimlisinə salam olsun! Allahın xəlilinə və seçilmişinə salam olsun! Allahın seçdiyi və Öz seçdiyinin oğluna salam olsun! Məzlum və şəhid Hüseynə salam olsun! Qəm-qüssələrə əsir olana və göz yaşları ilə öldürülənə salam olsun!
İlahi! Mən şəhadət verirəm ki, o, Sənin vəlin və Vəlinin oğlu, Sənin seçdiyin və Sənin seçdiyinin oğludur. O, Sənin kəramətinə nail olan şəxsdir. Sən onu şəhadətlə əziz tutdun, səadətlə bəxş etdin, pak və gözəl doğuluşu ilə seçdin, onu seçilmişlərdən bir seyyid, rəhbərlərdən bir rəhbər və müdafiə edənlərdən bir müdafiəçi etdin. Ona peyğəmbərlərin miraslarını verdin və onu Öz məxluqlarına höccət olan vəsilərdən biri etdin. O, dua etməkdə bütün bəhanələri aradan qaldırdı və nəsihətini əsirgəmədi.
وَبَذَلَ مُهْجَتَهُ فِیک لِیسْتَنْقِذَ عِبَادَک مِنَ الْجَهَالَةِ، وَحَیرَةِ الضَّلالَةِ، وَقَدْ تَوَازَرَ عَلَیهِ مَنْ غَرَّتْهُ الدُّنْیا، وَبَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنی، وَشَرَی آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْکسِ، وَتَغَطْرَسَ وَتَرَدَّی فِی هَوَاهُ، وَأَسْخَطَک وَأَسْخَطَ نَبِیک وَأَطَاعَ مِنْ عِبادِک أَهْلَ الشِّقاقِ وَالنِّفاقِ، وَحَمَلَةَ الْأَوْزارِ، الْمُسْتَوْجِبِینَ النَّارَ، فَجاهَدَهُمْ فِیک صابِراً مُحْتَسِباً حَتَّی سُفِک فِی طَاعَتِک دَمُهُ وَاسْتُبِیحَ حَرِیمُهُ؛ اللّهُمَّ فَالْعَنْهُمْ لَعْناً وَبِیلاً، وَعَذِّبْهُمْ عَذاباً أَلِیماً.
O, Sənin yolunda canını fəda etdi ki, bəndələrini cəhalətdən və azğınlıq sərgərdanlığından xilas etsin. Lakin dünyaya aldananlar ona qarşı birləşdilər. Onlar öz nəsiblərini ən dəyərsiz və alçaq şeyə satdılar, axirətlərini ən ucuz qiymətə dəyişdilər, təkəbbürə qapıldılar və öz nəfsi istəklərinin ardınca uçuruma yuvarlandılar. Səni və Peyğəmbərini qəzəbləndirdilər, bəndələrin içərisindən ayrılıq və nifaq əhlinə, günah yükü daşıyan və Cəhənnəmə layiq olanlara itaət etdilər.
O isə Sənin yolunda səbir və savab ümidi ilə onlarla cihad etdi. Nəhayət, Sənin itaətində qanı töküldü və hörməti tapdalandı.
İlahi! Onları şiddətli və ağır lənətə düçar et və ağrılı əzabla cəzalandır!
السَّلامُ عَلَیک یا ابْنَ رَسُولِ اللّهِ، السَّلامُ عَلَیک یا ابْنَ سَیدِ الْأَوْصِیاءِ، أَشْهَدُ أَنَّک أَمِینُ اللّهِ وَابْنُ أَمِینِهِ، عِشْتَ سَعِیداً، وَمَضَیتَ حَمِیداً، وَمُتَّ فَقِیداً، مَظْلُوماً شَهِیداً، وَأَشْهَدُ أَنَّ اللّهَ مُنْجِزٌ مَا وَعَدَک، وَمُهْلِک مَنْ خَذَلَک، وَمُعَذِّبٌ مَنْ قَتَلَک، وَأَشْهَدُ أَنَّک وَفَیتَ بِعَهْدِ اللّهِ، وَجاهَدْتَ فِی سَبِیلِهِ حَتّی أَتَاک الْیقِینُ، فَلَعَنَ اللّهُ مَنْ قَتَلَک، وَلَعَنَ اللّهُ مَنْ ظَلَمَک، وَلَعَنَ اللّهُ أُمَّةً سَمِعَتْ بِذلِک فَرَضِیتْ بِهِ؛
Salam olsun sənə, ey Allah Rəsulunun oğlu! Salam olsun sənə, ey vəsilərin seyyidinin oğlu!
Şəhadət verirəm ki, sən Allahın əmanətdarı və Onun əmanətdarının oğlusan. Sən xoşbəxt yaşadın, tərifəlayiq halda dünyadan köçdün və itkin düşmüş, məzlum və şəhid olaraq vəfat etdin.
Şəhadət verirəm ki, Allah sənə verdiyi vədi yerinə yetirəcək, səni tək qoyanı həlak edəcək və səni öldürəni əzaba düçar edəcək.
Şəhadət verirəm ki, sən Allahla bağladığın əhdə vəfa etdin və Ona itaət yolunda cihad etdin, ta ki, ölüm səni haqladı.
Allah səni öldürənə lənət etsin! Allah sənə zülm edənə lənət etsin! Allah bunu eşidib razı qalan ümmətə lənət etsin!
اللّهُمَّ إِنِّی أُشْهِدُک أَنِّی وَلِی لِمَنْ والاهُ، وَعَدُوٌّ لِمَنْ عاداهُ، بِأَبِی أَنْتَ وَأُمِّی یا ابْنَ رَسُولِ اللّهِ، أَشْهَدُ أَنَّک کنْتَ نُوراً فِی الْأَصْلابِ الشَّامِخَةِ، وَالْأَرْحامِ الْمُطَهَّرَةِ، لَمْ تُنَجِّسْک الْجاهِلِیةُ بِأَنْجاسِها، وَلَمْ تُلْبِسْک الْمُدْلَهِمَّاتُ مِنْ ثِیابِها، وَأَشْهَدُ أَنَّک مِنْ دَعائِمِ الدِّینِ، وَأَرْکانِ الْمُسْلِمِینَ، وَمَعْقِلِ الْمُؤْمِنِینَ، وَأَشْهَدُ أَنَّک الْإِمامُ الْبَرُّ التَّقِی الرَّضِی الزَّکی الْهادِی الْمَهْدِی،
İlahi! Səni şahid tuturam ki, mən onunla dostluq edənlərlə dost, ona düşmənçilik edənlərlə düşmənəm.
Atam-anam sənə fəda olsun, ey Allah Rəsulunun oğlu! Şəhadət verirəm ki, sən uca və pak nəsillərdə, təmiz bətnlərdə bir nur idin. Cahiliyyət öz çirkinlikləri ilə səni murdarlamadı və qaranlıq dövrlər öz qaranlıq libaslarını sənə geyindirmədi.
Şəhadət verirəm ki, sən dinin dayaqlarından, müsəlmanların sütunlarından və möminlərin sığınacağındansan.
Şəhadət verirəm ki, sən yaxşı əməl sahibi, təqvalı, bəyənilən, pak, hidayət edən və hidayət olunmuş imamsan.
وَأَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِک کلِمَةُ التَّقْوی، وَأَعْلامُ الْهُدی، وَالْعُرْوَةُ الْوُثْقی، وَالْحُجَّةُ عَلَی أَهْلِ الدُّنْیا، وَأَشْهَدُ أَنِّی بِکمْ مُؤْمِنٌ، وَبِإِیابِکمْ مُوقِنٌ، بِشَرایعِ دِینِی، وَخَواتِیمِ عَمَلِی، وَقَلْبِی لِقَلْبِکمْ سِلْمٌ، وَأَمْرِی لِأَمْرِکمْ مُتَّبِعٌ، وَنُصْرَتِی لَکمْ مُعَدَّةٌ حَتَّی یأْذَنَ اللّهُ لَکمْ، فَمَعَکمْ مَعَکمْ لَامَعَ عَدُّوِکمْ، صَلَواتُ اللّهِ عَلَیکمْ، وَعَلَی أَرْواحِکمْ وَأَجْسادِکمْ، وَشاهِدِکمْ وَغَائِبِکمْ، وَظَاهِرِکمْ وَبَاطِنِکمْ، آمِینَ رَبَّ الْعالَمِینَ.
Şəhadət verirəm ki, sənin nəslindən olan imamlar təqva kəlməsi, hidayət nişanələri, möhkəm və qırılmaz ip və dünya əhlinə qarşı Allahın höccətidirlər.
Şəhadət verirəm ki, mən sizə iman gətirmişəm və sizin qayıdışınıza əminəm. Dininizin şəriətlərinə və əməllərimin sonluğuna imanım qətidir. Qəlbim sizin qəlbinizə sülh içindədir, işim sizin işinizin ardınca getməkdir. Allah sizə icazə verənədək sizə yardım etməyə hazıram. Mən sizinləyəm, sizinləyəm; düşməninizlə deyil. Allahın salavatı sizə, ruhlarınıza və cəsədlərinizə, hazır olanlarınıza və qeybdə olanlarınıza, zahir və batin olanlarınıza olsun! Aləmlərin Rəbbi olan Allah, dualarımızı qəbul etsin!
Sonra iki rükət namaz qıl, istədiyin şeylər barədə dua et və geri qayıt.
İkinci:
Cabirdən rəvayət olunmuş ziyarətnamədir. Onun qaydası belədir. Əta [görünür, Ərbəin günü İmam Hüseyni (əleyhis-salam) ziyarət etmək üçün Cabirlə birlikdə səfər edən onun yol yoldaşı Kufəli Ətiyyə Ovfi nəzərdə tutulur] belə rəvayət etmişdir:
Səfər ayının iyirminci günü Cabir ibn Abdullah Ənsari ilə birlikdə idim. Ğaziriyyəyə çatdıqda o, Fərat çayında qüsl etdi və özü ilə gətirdiyi təmiz köynəyi geyindi. Sonra mənə dedi: “Ey Əta, yanında ətir varmı?” Dedim: “Bəli, Səd ətirim var”. O, ondan bir qədər götürüb başına və bədəninə səpdi və ayaqyalın halda yola düşdü. Nəhayət, imam Hüseynin (əleyhis-salam) mübarək başı üzərində dayandı və üç dəfə “Allahu Əkbər” dedi.
Sonra yerə yıxıldı və huşunu itirdi. Huşuna gəldikdə onun belə dediyini eşitdim: “Əs-səlamu əleykum, ya Aləllah…”
Bu, daha əvvəl qeyd olunan Rəcəb ayının on beşinci gününün ziyarətnaməsinin eynisidir. Yalnız bir neçə kəlmədə fərqlənir ki, bu da, ehtimal ki, nüsxələrin fərqli olması ilə əlaqədardır. Mərhum Şeyxin də ehtimal etdiyi kimi, hər halda, əgər kimsə bu ziyarətnaməni də oxumaq istəsə, «Rəcəb ayının on beşinci gününün ziyarətnaməsi»nə müraciət edib həmin ziyarətnaməni oxusun.