Həzrət Əbəlfəz Abbas (ə) hərəmi imam Həsən Müctəbanın (ə) şəhadətinin ildönümü münasibətilə həmin Həzrətə məxsus mübarək bayrağı imam Əli (ə) hərəminə təqdim edib.
İmam Əli (ə) hərəmi həzrət Əbəlfəz Abbas (ə) hərəminin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə idarə heyətinin üzvü Seyid Leys əl-Musəvi, eləcə də həmin hərəmin Dini İşlər və İctimaiyyətlə Əlaqələr bölmələrinin bir qrup əməkdaşı daxil olub.
Nümayəndə heyətini imam Əli (ə) hərəminin İdarə Heyətinin üzvü Visam əl-Həddad və İctimaiyyətlə Əlaqələr bölməsinin bir qrup nümayəndəsi qarşılayıb.
Görüş zamanı imam Həsən Müctəbəyə (ə) məxsus mübarək bayraq imam Əli (ə) hərəminə təqdim edilib.
Bu addım Səfər ayının 7-nə təsadüf edən həmin Həzrətin şəhadətinin ildönümünü yad etmək məqsədilə həyata keçirilib və iki müqəddəs hərəmi birləşdirən sədaqət və mənəvi bağlılıq ruhunda baş tutub.







