İran Prezidenti Məsud Pezeşkian İraqa səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdi.
İran Prezidenti Məsud Pezeşkian İraqa səfəri zamanı nümayəndə heyəti ilə birlikdə Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəminə gələrək ziyarət etdi. O, İmam Əli (ə) hərəminin qəyyumu (mütəvəllisi) və digər məsul şəxslər tərəfindən səmimi şəkildə qarşılandı.
Seyid əl-Xərsan İran Prezidentini salamlayaraq, imam Əli (ə) hərəminin xidmətçiləri adından İran İslam İnqilabının rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneinin və digər dəyərli şəhidlərin şəhadəti münasibətilə başsağlığı verdi.
Məsud Pezeşkian göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə imam Əli (ə) hərəminin rəhbərliyinə təşəkkürünü bildirdi, həmçinin Nəcəf-Əşrəf şəhərində dəfn mərasiminin keçirilməsi üçün görülən işlərə görə minnətdarlığını ifadə etdi.
İran Prezidentinin və onu müşayiət edən nümayəndə heyətinin bu səfəri şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsinin Nəcəf Əşrəf şəhərində keçirilən dəfn mərasimində iştirak məqsədilə baş tutub.







