İmam Əli (ə) hərəmi İran İslam Respublikasının şəhid rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin keçirilməsi üçün bütün hazırlıqların başa çatdırıldığını açıqlayıb.
İmam Əli (ə) hərəmi bildirib ki, İran İslam Respublikasının şəhid rəhbəri Ayətullah Seyid Əli Xameneinin Nəcəf şəhərində keçiriləcək dəfn mərasiminin təşkili üçün bütün zəruri hazırlıq işləri tamamlanıb.
Hərəmin yaydığı məlumata əsasən, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən genişmiqyaslı xidmət, logistika və təminat planı sayəsində Nəcəfi-Əşrəfdə keçiriləcək mərasimdə iştirak edəcək çoxsaylı insanların yüksək səviyyədə qarşılanması və onlara ən yaxşı xidmətlərin göstərilməsi üçün bütün şərait yaradılıb.
İmam Əli (ə) hərəmi, həmçinin, vurğulayıb ki, xidmət, təhlükəsizlik, logistika və təcili yardım bölmələri mərasimin ən yüksək səviyyədə keçirilməsi, ziyarətçilərin və iştirakçıların rahatlığının təmin olunması məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, İran İslam Respublikasının şəhid rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi iyulun 8-də, çərşənbə günü Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək.





