Most searched:

Əmirəl-möminin (əleyhis-salam)

Əmirəl-möminin (əleyhis-salam) bütün müttəqilərin sərvəri

Əmirəl-mömininin (əleyhis-salam) Allahın kəlamındakı məqamını tanımaq üçün bir fürsət; “imam Əli (ə) haqqında olan ayələr” Qurani-Kərimdə həzrət Əmirəl-möminin Əlinin (əleyhis-salam) şəni və fəzilətinə nəzər salan bir silsilədir.

Bu gün araşdırılan ayə “Mürsəlat” surəsinin 41-ci ayəsidir:

Allah-Taala “Mürsəlat” surəsinin 41-ci ayəsində buyurur:

إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ

“Həqiqətən, təqva sahibləri (o gün) cənnət ağaclarının kölgələri altında və çeşmələrin başında olacaqlar.”

İmam Musa Kazım

Məhəmməd ibn Füzeyl nəql edir:

“İmam Kazımdan (əleyhis-salam)  «إِنَّ الْمُتَّقِينَ» “Həqiqətən, təqva sahibləri… Uca Allahın bu kəlamı haqqında soruşdum:

İmam buyurdu:

“Allaha and olsun ki, onlar bizik və bizim şiələrimizdir. Bizdən başqa heç kəs bu vilayətə sahib deyildir; digər insanlar isə ondan məhrumdurlar.”  [1]

Abdullah ibn Abbas

İbn Abbas nəql edir ki, Allah-Taalanın bu kəlamı:

إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ

“Həqiqətən, təqva sahibləri kölgəliklər və çeşmələr içində olacaqlar.”

ayəsində günahlardan çəkinənlər dedikdə Əli ibn Əbu Talib, imam Həsən ibn Əli və imam Hüseyn ibn Əli nəzərdə tutulur. Onlar cənnət ağaclarının kölgəsində və mirvaridən hazırlanmış çadırlarda olacaqlar. Hər bir çadırın eni və uzunluğu bir fərsəx qədərdir.

Rəvayətin davamında buyurulur:

إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırarıq.

Yəni Allaha itaət edən və həzrət Məhəmmədin əhli-beytinə (əleyhimus-salam) tabe olanların məskəni cənnətdir.[2]

Digər bir təfsirə görə, «إِنَّ الْمُتَّقِينَ» ifadəsi şirkdən və böyük günahlardan çəkinən, təqva sahibi olan insanlara aiddir. Bu müttəqilərin ən üstünləri və öncülləri isə Əli ibn Əbu Talib, imam Həsən ibn Əli və imam Hüseyn ibn Əli hesab olunurlar. Onlar yüksək cənnət məqamlarına malikdirlər və ağacların kölgəsində, mirvaridən hazırlanmış çadırlarda, saf çeşmələrin kənarında qərar tutacaqlar.[3]

Mənbələr

[1] Təfsir Əhli-beyt (əleyhimus-salam), c. 17, s. 296; əl-Kafi, c. 1, s. 434; Biharül-ənvar, c. 24, s. 338.

[2] Təfsir Əhli-beyt (əleyhimus-salam), c. 17, s. 296; əl-Mənaqib, c. 2, s. 94; əl-Burhan.

[3] Təfsir Əhli-beyt (əleyhimus-salam), c. 17, s. 296; Şəvahidut-tənzil, c. 2, s. 416.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir