İranın Minab şəhərindən olan “Şəcərəyi-Təyyibə” məktəbinin şəhidlərinin ailələri Əmirəlmöminin Əlinin (ələyhis-salam) mübarək hərəmini ziyarət etmək şərəfinə nail olmuş, müqəddəs imam Əli (ə) hərəmində iştirak edərək əzadarlıq məclisi təşkil etmişlər.
Mərasim zamanı müqəddəs imam Əli (ə) hərəminin idarə heyətinin üzvü Heydər əl-İsavı onları müşayiət etmişdir.
Qeyd edək ki, müqəddəs imam Əli (ə) hərəminin rəhbərliyi bundan əvvəl sionist–Amerika təcavüzü nəticəsində İranda zərər çəkmiş şəhid ailələri və digər ailələrin qarşılanması və qonaq edilməsi üçün geniş bir proqramın hazırlanaraq icra edildiyini elan etmişdi. Bu humanitar və xidmət yönümlü proqram İraq və İran xalqları, eləcə də hər iki ölkə arasında mövcud olan dərin əlaqələrin, həmrəyliyin və əməkdaşlığın bariz nümunəsidir.






