Most searched:

Bağdadda Qədir Xum bayramı

Bağdadda Qədir Xum bayramı bayrağının ucaldılması mərasimi keçirildi

Müqəddəs imam Əli (ə) hərəmi tərəfindən Beynəlxalq Qədir Xum Həftəsi proqramları çərçivəsində Bağdad şəhərində Qədir Xum  bayramının mübarək bayrağının ucaldılması mərasimi təşkil olunub.

Tədbir Bağdad vilayətində, xüsusilə Müstənsiriyyə Universiteti və Qədir Xum Meydanı ərazisində, Kəfil Zeynəb Fondu və İmameyn Əskəriyyeyn Heyəti ilə əməkdaşlıq şəraitində keçirilib.

Mərasimdə müqıddıs imam Əli (ə) hərəminin nümayəndə heyəti, idarə heyətinin üzvü Heydər əl-İsavinin rəhbərliyi altında iştirak edib. Həmçinin tədbirə dini və ictimai xadimlər, eləcə də çoxsaylı möminlər qatılıblar.

Bu proqram İraq daxilində və dünyanın müxtəlif ölkələrində 150-dən çox nöqtədə həyata keçirilən Qədir Xum bayrağının ucaldılması layihəsi ilə eyni vaxtda baş tutub. Layihənin məqsədi Qədir Xum bayramının əzəmətini yaşatmaq, həmçinin Əmirəlmöminin imam Əli (ə) qarşısında sədaqət və vəfa əhdini yeniləməkdir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir