Müqəddəs imam Əli (ə) hərəminin İctimaiyyətlə Əlaqələr şöbəsini təmsil edən heyət Beynəlxalq Qədir Xum həftəsi proqramları çərçivəsində müqəddəs Qum şəhərinə səfər edərək Qədir Xum bayramı münasibətilə hazırlanmış bayrağı həzrət Məsumə (s.ə) hərəmi və Cəmkəran məscidinin rəhbərliyinə hədiyyə edib. Bayraq Qədir Xum bayramı ərəfəsində həmin məkanlarda ucaldılacaq.
Daxili əlaqələr bölməsinin məsulu Kərrar əl-Musəvi xəbər mərkəzinə açıqlamasında bildirib:
Qədir Xumun mübarək bayrağı hərəm rəhbərliyinin bir qrup məsul şəxsin iştirakı ilə həzrət Məsumə (s.ə) hərəminin rəhbərliyinin müşaviri Seyid Hüseyni-Nejada təqdim edildi. Görüş zamanı bu əziz münasibətin qeyd olunması üçün görülən hazırlıqlar və xüsusi proqramlar barədə müzakirələr aparıldı.
Musəvi əlavə edib:
Həmçinin nümayəndə heyəti Cəmkəran məscidində məscidin rəhbəri Höccətülislam vəl-Müslimin Seyid Ocaq Nejad tərəfindən qarşılandı. Qədir Xum bayrağı ona təqdim edildi və tərəflər arasında birgə proqramlar və fəaliyyətlər barədə fikir mübadiləsi aparıldı.
O vurğulayıb ki, heyət səfər proqramına uyğun olaraq növbəti mərhələdə Tehran və müqəddəs Məşhəd şəhərlərinə də səfər edəcək.
Müqəddəs imam Əli (ə) hərəmi tərəfindən hicri-qəməri 1447-ci ilin Beynəlxalq Qədir Xum Həftəsi münasibətilə təşkil olunan proqramlar Zilhiccə ayının 18-də qeyd edilən Qədir Xum bayramı münasibətilə keçirilir. Bu tədbirlər dini, mədəni və xidmət yönümlü müxtəlif proqramlar vasitəsilə bu mübarək günün yaşadılmasına xidmət edir. Eyni zamanda, vilayət mədəniyyətinin yayılmasına və Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) həyat yolunun həm İraq daxilində, həm də onun hüdudlarından kənarda tanıdılmasına töhfə verir.







