İmam Əli (ə) hərəminin daxili əlaqələr şöbəsinin ictimai əlaqələr bölməsinin məsulu Kərar əl-Musəvi xəbər mərkəzinə açıqlamasında bildirib:
İmam Əli (ə) hərəminin qəyyumluğunun göstərişi və Qədir həftəsi proqramları çərçivəsində 150-dən çox mübarək Qədir bayrağı rəsmi mərasimlə və İmam Əli (ə) hərəminin xidmətçilərindən ibarət nümayəndə heyətlərinin iştirakı ilə ucaldılacaq.
O əlavə edib:
İraq daxilində bayraqlar müqəddəs ziyarətgahlarda və dini məkanların həyətlərində qaldırılacaq. Həmçinin 50 Qədir bayrağı İraqın müxtəlif vilayətlərində 20 nöqtədə, heyətlər, qurumlar və ictimai təşkilatların koordinasiyası ilə ucaldılacaq.
Musəvi davam edib:
İraqdan kənarda isə Qədir Xum bayrağı İranın 20 vilayətində, habelə 8 Avropa ölkəsində və ABŞ-ın 5 ştatında, eləcə də dünyanın müxtəlif bölgələrində qaldırılacaq.
O, bu mərasimlərin beynəlxalq media ilə koordinasiyalı və rəsmi-ictimai iştirakla keçiriləcəyini vurğulayıb.
Musəvi həmçinin qeyd edib ki, İmam Əli (ə) hərəminin qəyyumluğu həm İraq daxilində, həm də xaricdə keçiriləcək bayraqqaldırma mərasimlərində iştirak etmək üçün rəsmi nümayəndə heyətlərinin göndərilməsi barədə göstəriş verib.
Qeyd edək ki, İmam Əli (ə) hərəmi daha əvvəl rəsmi mərasimlə İmam Əli (ə) hərəminin həyətində Qədir Xum bayramının bayraqlarını heyətlərə, qurumlara və ictimai təşkilatlara təhvil vermişdi ki, onlar bu bayraqları elan olunmuş məkanlarda qaldırsınlar.