İmam Əli (ə) hərəminin rəhbəri, Seyid İsa Əl-Xərsan, müşayiət heyəti ilə birlikdə, İmam Əli (ə) hərəminin İslam Respublikasına həyata keçirdiyi humanitar və dostluq səfərinin sonunda, bir neçə şəhəri əhatə edən bu səfər çərçivəsində müqəddəs İmam Rza (ə) hərəmini ziyarət etdi.
Bu ziyarət zamanı imam Əli (ə) hərəmi rəhbəri imam Rzanın (ə) müqəddəs məzarı önündə ibadət və dua etdi, Allahdan İraq və İslam ümmətinin hər cür zərər və təhlükədən qorunmasını, həmçinin ölkədə sülh və təhlükəsizliyin davamını dilədi.
Səfər çərçivəsində imam Əli (ə) hərəmi rəhbəri imam Rza (ə) hərəminin rəhbəri, höccətül-islam vəl-müslimin şeyx Əhməd Mərviylə də görüş keçirdi. Görüş zamanı müqəddəs hərəmlər arasında əməkdaşlıq və koordinasiya perspektivləri müzakirə olundu və imam Əli (ə) hərəminin İran xalqına və zərər çəkmiş ailələrə göstərdiyi humanitar dəstək və yardımların əhəmiyyəti vurğulandı.
İmam Əli (ə) hərəmi rəhbəri bu görüşdə humanitar yardım kampaniyasının əsas istiqamətlərini izah etdi; bu kampaniya Dezful, İsfahan və Tehran şəhərlərində zərər çəkmiş ailələrə dəstəy, humanitar və xidmət layihələrini əhatə edir. Həmçinin müqəddəs Qum şəhərində elm və dini şəxslərlə keçirilmiş görüşlərə də toxunuldu.
Şeyx Mərvi bu heyəti səmimi salamlayaraq, imam Əli (ə) hərəminin təşəbbüslərini və humanitar proqramlarını yüksək qiymətləndirdi. Əvəzində, Seyid Əl-Xərsan da isti qarşılanma, səxavətli qonaqpərvərlik və diqqət üçün təşəkkürünü bildirdi.
Görüş çərçivəsində imam Əli (ə) hərəmi heyəti imam Rza (ə) hərəminin əsas inşaat və mühəndislik layihələri ilə tanış oldu və ziyarətçilərə daha yaxşı xidmət göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı inkişaf layihələri barədə məlumat aldı.
Bu səfər humanitar kampaniyanın son dayanacağı idi və Əmirəlmöminin imam Əli (ə) və Pak Əhli-Beyt (ə) sünnəsinə əsaslanan həmrəylik və yardımlaşma mesajlarını daşıyırdı. Eyni zamanda, imam Əli (ə) hərəminin humanitar və xidmət proqramlarının davamlılığını vurğulayırdı.


