Most searched:

İmadəddin Nəsimi

Mən qulami xanədanam, padişahımdır Əli,

İmadəddin Nəsiminin on iki imam haqqında dediyi şeir.

Mən qulami xanədanam, padişahımdır Əli,

Ehtiyacım var ona püşdü-pənahımdır Əli,

Könlümü qıldı münəvvər, merhimahımdır Əli,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,

Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,

Həmdülillah biz gədanı məhrəmi raz etdilər,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,

Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,

Nuri çeşmimdir İmam Zeynul-İbad,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Canu dildən bəndəye Baqir qulami Cəfərəm,

Museyi-Kazım İmam Rzaya kəmtərəm,

Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,

Hakim onlardır bu gün layiqdir onlar hörmətə,

Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,

Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,

Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

İmadəddin Nəsimi

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir