Most searched:

Ramazan ayının gündüz və gecələrinin rəhməti

Məhəbbət və ibadət ayı – mübarək Ramazan ayının başlanması ilə həzrət Əmirəl-möminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri əziz oxucular üçün toplanmış və “Əlinin (ə) hədisləri” adı ilə Ramazan xüsusi bölməsində hər gün təqdim olunur.

İyirmi dördüncü günün hədisi

Əmirəl-möminin (ə) buyurur:

“Ey insanlar! Ramazan ayının günəşi oruc tutan kişi və qadınların üzərinə rəhmətlə doğur, onun ayı isə onlara rəhmətlə nur saçır. Bu ayın heç bir günü və gecəsi yoxdur ki, Uca Allah tərəfindən bu ümmətin üzərinə xeyir və yaxşılıq səpilməsin.”

Mənbə:
Fəzailul-əşhur əs-səlasə, Şeyx Səduq, s.108

Həzrət Əmirəl-mömininin (ə) Ramazan ayının ilk günündə söylədiyi xütbədən götürülmüşdür.