Most searched:

Qədr gecəsinin fəziləti Əmirəl-möminin (ə) kəlamında

Məhəbbət və ibadət ayı – mübarək Ramazan ayının başlanması ilə həzrət Əmirəl-möminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri əziz oxucular üçün toplanmış və “Ələvi hədislər” adı ilə Ramazan xüsusi bölməsində hər gün təqdim olunur.

On doqquzuncu günün hədisi

Əmirəl-möminin Əli (ə) buyurur:

“Bu elə bir aydır ki, onda bir gecə vardır; həmin gecədə mələklər göydən enərək oruc tutan kişi və qadınlara Rəbbinin izni ilə sübh açılanadək salam verirlər. Bu gecə Qədr gecəsidir. Mənim vilayətim Adəm (ə) yaradılmadan iki min il əvvəl bu gecədə təqdir edilmişdir. Onun günündə oruc tutmaq min ay oruc tutmaqdan daha fəzilətlidir və həmin gecədə görülən əməl min ayın əməlindən daha üstündür.”

Mənbə:
Fəzailul-əşhur əs-səlasə, Şeyx Səduq, s.108