Most searched:

Ayların ən fəzilətlisində vəsilərin sərvərinin şəhadəti

Ayların ən fəzilətlisində vəsilərin sərvərinin şəhadəti

Mübarək Ramazan ayında hər gün Əmirəl-möminin həzrət Əlinin (ə) bu bərəkətli ay barədə dəyərli kəlamlarından birinə qulaq asırıq ki, onun nurani sözləri Allahın bəndəlik ayının bərəkətlərindən daha çox bəhrələnməyimiz üçün bizə hidayət nuru olsun.

Məhəbbət və ibadət ayı – mübarək Ramazan ayının başlanması ilə həzrət Əmirəl-möminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri əziz oxucular üçün toplanmış və “Ələvi hədislər” adı ilə Ramazan xüsusi bölməsində hər gün təqdim olunur.

İyirmi birinci günün hədisi

Əmirəl-möminin Əli (ə) buyurur:

“Ən fəzilətli peyğəmbərin, elçilərin və Allaha yaxın mələklərin belə buyurduğunu eşitdim: Həqiqətən, vəsilərin sərvəri ayların sərvərində öldürüləcək. Dedim: Ey Allahın Rəsulu! Ayların sərvəri hansı aydır və vəsilərin sərvəri kimdir?’ Buyurdu: Ayların sərvəri Ramazan ayıdır, vəsilərin sərvəri isə sənsən, ey Əli!”

Mənbə:
Fəzailul-əşhur əs-səlasə, Şeyx Səduq, s.108

Həzrət Əmirəl-mömininin (ə) Ramazan ayının ilk günündə söylədiyi xütbədən götürülmüşdür.