Məhəbbət və ibadət ayı – mübarək Ramazan ayının başlanması ilə həzrət Əmirəl-möminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri əziz oxucular üçün toplanmış və “Əlinin (ə) hədisləri” adı ilə Ramazan xüsusi bölməsində hər gün təqdim olunur.
İyirmi üçüncü günün hədisi
Əmirəl-möminin Əli (ə) buyurur:
“Ey oruc tutan! Öz işin barədə yaxşı düşün; çünki bu ayda Rəbbinin qonağısan. Bax ki, gecə və gündüzünü necə keçirirsən və üzvlərini Rəbbinə qarşı günahlardan necə qoruyursan.”
Mənbə:
Fəzailul-əşhur əs-səlasə, Şeyx Səduq, s.108
Həzrət Əmirəl-mömininin (ə) Ramazan ayının ilk günündə söylədiyi xütbədən götürülmüşdür.