Sevgi və ibadət ayı olan mübarək Ramazanın başlaması ilə Əmirülmöminin Əli ibn Əbi Talibin (ələyhissəlam) bu bərəkətli ay haqqında hədisləri hörmətli oxucular üçün toplanmışdır və “Əli hədisləri” adı altında Ramazan ayı xüsusi bölməsində gündəlik olaraq yayımlanacaqdır.
Əli (ələyhissəlam) buyurur:
“Bu elə bir aydır ki, Allah-Təala onda ruziləri və əcəlləri artırar və Öz evinin qonaqlarının adlarını yazar.”
Ərəb mətni:
هو شهر يزيد الله فيه الأرزاق و الآجال و يكتب فيه وفد بيته
Oxunuşu:
“Huvə şahrun yəzidullahu fihil-ərzaqə vəl-acal, və yəktubu fîhi vəfdə beytih.”
Mənbə: Fəzailül-əşhuris-səlasə, Şeyx Səduq, səh. 108
İstinad: İmam Əlinin (əleyhissəlam) Ramazan ayının ilk günündəki xütbəsindən götürülmüşdür.