İbadət və məhəbbət ayı olan mübarək Ramazanın başlanması ilə əlaqədar olaraq, Əmirəlmöminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri siz əziz oxucular üçün toplanmış və “Əlinin (ələyhis-səlam) hədislər” adı ilə Ramazan xüsusi bölməsində gündəlik şəkildə təqdim olunur.
Otuzuncu günün hədisində Əmirəlmöminin (ə) buyurur:
“Bu gün (Fitr bayramı) yalnız o kəsin bayramıdır ki, Allah onun orucunu qəbul etmiş və gecə ibadətinə görə ona təşəkkür etmişdir.”
Ərəbcə mətni:
إنَّما هُوَ عِيدٌ لِمَن قَبِلَ اللّه ُ صِيامَهُ و شَكَرَ قِيامَهُ
“İnnəmə huvə ʿeydun limən qabiləllahu siyaməhu və şəkərə qiyaməhu.”
Mənbə: Nəhcül-bəlağə, hikmət 428.