Most searched:

Ramazan ayı; ruh və rahatlıq ayı

Sevgi və ibadət ayı olan mübarək Ramazanın başlanması ilə, həzrət Əmirəlmöminin Əli (əleyhissəlam)-dan bu bərəkətli ayla bağlı hədislər hörmətli oxucular üçün toplanmışdır və “Əlinin (ə) hədisləri” adı ilə Ramazan ayı bölməsində gündəlik olaraq yayımlanacaqdır.

Günün hədisi (iyirmi səkkizinci gün)

Əmirəlmöminin (ələyhissəlam) buyurur:

“Bu elə bir aydır ki, iman əhli Allahın bağışlaması və razılığı ilə, ilahi sevinc və nemətlərlə, eləcə də ədalətli və qüdrətli Rəbbin razılığı ilə qəbul olunurlar.”

Ərəb mətni:

و هو شهر يقبل أهل الإيمان بالمغفرة والرضوان والروح والريحان ومرضات الملك الديان.

Oxunuşu:

Və huvə şəhrun yuqbalu əhlul-imani bil-məğfirəti vərridvan vərruh vərrayhan və mərdatil-məlikid-dəyyan.

Mənbə:
“Fəzailul-əşhur əs-səlasə” – Şeyx Səduq, səh. 108

Bu hədis Həzrət Əmirəlmöminin (əleyhissəlam)-ın Ramazanın ilk günü söylədiyi xütbədən götürülmüşdür.