İbadət və məhəbbət ayı olan mübarək Ramazanın başlanması ilə əlaqədar olaraq, Əmirəlmöminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri sizin əziz oxucular üçün toplanmış və “Əlinin (ə) hədisləri” adı ilə Ramazan xüsusi bölməsində gündəlik şəkildə təqdim olunur.
29-cu günün hədisi
Əmirəlmöminin (ə) buyurur:
Mən, Allahın Rəsulu Məhəmməd ibn Abdullahın (s) belə buyurduğunu eşitdim:
“Allah-Təbarəkə və Təala Ramazan ayının hər gecəsində iftar vaxtı Cəhənnəm odundan azad etdiyi (bağışladığı) insanlar yaradır ki, onların sayını Allahdan başqa heç kim bilmir. Onların sayı Allahın qeyb elmində Onun yanında məlumdur.
Elə ki, bu ayın son gecəsi yetişər, Allah bu gecədə bütün ay boyunca azad etdiyi insanların sayı qədər yenə də insanı Cəhənnəm odundan azad edər.”
Mənbə:
Fəzailul-əşhur əs-səlasə, Şeyx Səduq, səh. 108
Əmirəlmöminin (ə) Ramazanın ilk günündəki xütbəsindən götürülmüşdür.