Əmirəlmöminin Əli (ə) bu məktubda əslində bir neçə məsələdə Müaviyəyə hüccəti tamamlayır.
Məktubun mətni:
“(Mədinədə insanların mənimlə etdiyi beyət sənin üçün – Şamda olsan da – məcburidir. Çünki) Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər eyni şərtlərlə mənimlə də beyət etdilər. Buna görə də nə beyətdə iştirak edənlərin onu pozmaq və ya ona qarşı çıxmaq haqqı var, nə də orada olmayanın onu rədd etmək haqqı var. Şura yalnız mühacirlər və ənsara aiddir. Onlar hamılıqla bir şəxsi seçib ona imam desələr, Allah da ondan razı və xoşnud olar. Əgər kimsə onların əmrinə qarşı çıxsa, pis danışmaq və ya bidət yolu ilə ondan ayrılsa, müsəlmanlar onu əvvəlki yerinə qaytararlar; əgər imtina edərsə, onunla vuruşarlar. Çünki o, möminlərin yolundan başqa bir yola tabe olmuşdur və Allah onu azğınlıqda buraxar.
Ey Müaviyə! Canıma and olsun, əgər nəfs istəyi ilə deyil, ağıl gözü ilə baxsan, məni Osman qanı məsələsində hamıdan uzaq və təmiz görərsən və biləcəksən ki, mən bu işdən tamamilə kənaram — yalnız mənə böhtan atmaq istəsən, başqa məsələ. Əgər belədirsə, istədiyin böhtanı at. Vəssalam.”
Mənbə: Nəhcül-Bəlağə, 6-cı məktub.