Most searched:

Vəzifə və məqamdan sui-istifadə etməmək

Bu məktubda vurğulanır ki, İslam hakimiyyətində vəzifə və məqam şəxsi qazanc vasitəsi deyil, qorunmalı olan ilahi əmanətdir.

Məktubun mətni:

“Bu valilik sənin üçün dolanışıq vasitəsi deyil; əksinə, boynuna qoyulmuş bir əmanətdir. Bil ki, sən özündən yuxarı olan tərəfindən nəzarət altındasan. Rəiyyət barəsində əsla özbaşınalıq etməyə haqqın yoxdur və mühüm, təhlükəli işlərə arxayınlıq olmadan girişməyə də haqqın yoxdur. Sənin əlində Uca Allahın malından bir pay var və sən Onun xəzinədarlarından birisən. Onu qoruyub mənə təhvil verməlisən. Ümid edirəm ki, mən sənin üçün pis rəhbər olmayacağam. Vəssalam.”

Mənbə: Nəhcül-Bəlağə, 5-ci məktub.