Məktubun mətni:
“Məktubun məzmunu tam aydındır: Əmirəlmöminin Əli (ə) istəyir ki, elçisi Cərir Müaviyəyə son hüccəti tamamlasın; əgər beyətə hazırdırsa, beyət etsin, yox əgər beyətə hazır deyilsə, bunun mənası müharibə istəməsidir.
Həmd və səna Allaha məxsusdur. Məktubum sənə çatdıqda Müaviyəni qəti hökmə dəvət et və işi birdəfəlik yekunlaşdırmaq üçün onu qəti nəticəyə məcbur et. Sonra onu iki seçim qarşısında qoy: didərgin edən bir müharibə və ya rüsvayçı bir təslimiyyət. Əgər müharibəni seçərsə, ona müharibə elan et; əgər sülh və salamatlıq yolunu tutarsa, ondan beyət al. Vəssalam.”
Mənbə: Nəhcül-bəlağənin 8-ci məktubu.