Most searched:

Azğınlarla mübarizə

Əmirəlmöminin (ə) bu məktubda qoşun başçılarından birinə üsyankar dəstəyə qarşı necə davranmalı olduğunu bildirir.

Məktubun mətni:

“Müxalifləri (yəni Təlhə və Zübeyrin qoşunları ilə mübarizə barədə əmrinə tabe olmayanları) nəsihət et. Əgər itaət kölgəsinə qayıtsalar və sənin əmrinə təslim olsalar, bu bizim sevdiyimiz və onlardan istədiyimiz şeydir. Əgər hadisələr onları ixtilaf və üsyana sürükləsə, sənə itaət edənlərin köməyi ilə sənə itaətsizlik edənlərlə vuruş. İtaət edənlərlə səndən üz döndərənlərə qarşı ehtiyacsız ol; çünki süst və düşmənlə döyüşməkdədən xoşu gəlməyənlərin yoxluğu onların varlığından daha xeyirlidir, döyüşdən geri qalmaqları isə meydana çıxmalarından daha faydalıdır.”

Mənbə: Nəhcül-Bəlağə, 4-cü məktub.