İmam Əli (əleyhis-salam) öz ordusunun bir komandirinə əmr edir ki, bir qrup üsyançıya qarşı dayansın.
Məktubun tərcüməsi:
“Müxalifləri (sənin əmrini Təlhə və Zübeyr ordusuna qarşı qəbul etməyənləri) nəsihət et. Əgər onlar yenidən itaət yoluna qayıtsalar (sənin əmrinə tabe olsalar), bu, istədiyimiz və arzuladığımız haldır. Əgər hadisələr onları ixtilaf və üsyana sürükləsə, onda sənin əmrinə tabe olanlarla birlikdə, səni tabe olmayanlarla mübarizə apar.
Özünü itaət edənlərlə gücləndir, zəif və qorxaq olanlardan asılı qalma; çünki zəiflər və döyüşdən çəkinənlərin olmamaları onların varlığından daha faydalıdır, onların döyüşə qatılmaması, sizə qoşulmaqlarından daha səmərəlidir.”
Mənbə: Nəhcül- Bəlağə, 4-cü məktub.