Məktubun mətni
“(Mədinədə camaatın mənə etdiyi beyət sənin üçün də – Şamda olsan belə – keçərlidir.) Çünki Əbu Bəkr, Ömər və Osman ilə beyət edən şəxslər eyni şərtlərlə mənimlə də beyət etdilər. Buna görə də nə orada olanların onu pozmağa və ya ona qarşı çıxmağa ixtiyarı var, nə də orada olmayanların onu rədd etmək haqqı vardır.
Şura yalnız mühacirlər və ənsarlar üçündür. Onlar hamılıqla bir şəxsi seçib ona imam desələr, bu, Allahın razılığına səbəb olan bir işdir.
Buna görə də kim onların hökmündən pis söz və ya bidət yolu ilə çıxarsa, müsəlmanlar onu öz yerinə qaytararlar. Əgər boyun qaçırarsa, onunla vuruşarlar; çünki o, möminlərin yolundan başqa bir yola tabe olmuşdur və Allah da onu düşdüyü azğın yolda tək buraxar.
Ey Müaviyə! Canıma and olsun, əgər sən bu məsələyə ağıl gözü ilə, nəfs və istəklərin gözü ilə deyil, baxsan, məni Osmanın qanı məsələsində hamıdan daha uzaq görərsən və anlayarsan ki, mən ondan tamamilə uzaq olmuşam. Ancaq mənə qarşı ittiham etmək istəsən, bu başqa məsələdir. Əgər belədirsə, istədiyin ittihamı et. Vəssəlam.”
Mənbə: Nəhcül- Bəlağə, 6-cı məktub.