Dini İşlər İdarəsinə bağlı Dini Təbliğat Şöbəsi tərəfindən təşkil edilən imam Əli Müsabiqəsinin elektron püşkatma mərasimi keçirildi. Fəzilətli Rəcəb ayında, Əmirəl-möminin İmam Əlinin (əleyhis-salam) doğum həftəsi münasibətilə başladılan müsabiqə İraq daxilindən və xaricindən geniş maraqla qarşılanmışdı.
Dini Təbliğat Şöbəsinin rəhbəri Hani Kənani Xəbər Mərkəzinə verdiyi açıqlamada bildirdi: “Müsabiqə Əmirəl-möminin İmam Əlinin (əleyhis-salam) həyatının mühüm mərhələlərini, onun məqam və fəzilətlərini, imamətinin dəlillərini, habelə İslamın müdafiəsində və onun əsil dəyərlərinin möhkəmləndirilməsində oynadığı öncül rolu əhatə edən 25 sualdan ibarət idi.”
Kənani əlavə etdi: “Müsabiqə İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşlığı ilə təşkil edildi və geniş iştirakla müşayiət olundu. Belə ki, 21-dən çox ölkədən 6500-dən artıq iştirakçı müsabiqədə qeydiyyatdan keçdi. Bu rəqəm, Müqəddəs İmam Əli (ə) Hərəminin məqsədyönlü proqramlarına göstərilən yüksək marağı və ictimai diqqəti nümayiş etdirir.”
Qeyd edək ki, müsabiqənin təşkilatçıları bu geniş marağın, Müqəddəs İmam Əli (ə) Hərəminin Əhli-Beyt (əleyhimus-salam) mədəniyyətinin yayılması istiqamətində müasir elektron vasitə və üsullardan istifadəyə verdiyi əhəmiyyəti bir daha təsdiqlədiyini vurğulamışlar.



