Most searched:

Vilayət yolunun həmyolçusu; Möminlərin Əmirinin (ə) Ümmül-Bənin (s.ə) ilə evliliyi

Əmirəl-möminin Həzrət Əlinin (ə) Ümmül-Bənin (s.ə) ilə evliliyi bu böyük xanımın ailəvi və şəxsi xüsusiyyətlərinin tanınması və nəzərə alınması əsasında qurulmuş bir izdivac idi. Bu tarixi evlilik hadisəsində Əqilin Bəni-Kilab qəbiləsinin tanıdılmasındakı rolu diqqətçəkən məqamlardan biridir.

Tarixi mənbələrə əsasən, Əmirəl-möminin Həzrət Əlinin (ə) Həzrət Ümmül-Bənin (s.ə) ilə evliliyi gələcək həyat yoldaşının mənsub olduğu ailənin xüsusiyyətləri və şücaəti ilə bağlı olmuşdur. Bu evlilik haqqında nəql olunan məlumatlarda Möminlərin Əmirinin (ə) qardaşı Əqilin Həzrət Ümmül-Bənini (s.ə) təqdim etməsi və onun mənsub olduğu nəslin mühüm xüsusiyyətlərini açıqlaması xüsusi vurğulanır.

Şücaətli nəsildən seçilmiş xanım

İbn Ənbə «Ümdətüt-talib fi ənsabi Ali Əbi Talib» kitabında qeyd edir ki, Əmirəl-möminin Həzrət Əli (ə) qardaşı Əqildən şücaətli bir ailədən olan xanımın seçilməsini istəmişdi ki, onun üçün igid və cəsur bir övlad dünyaya gətirsin. Əqil isə Bəni-Kilab qəbiləsindən olan Həzrət Ümmül-Bənini (s.ə) təklif etmiş və bu seçimin səbəbi kimi onun əcdadlarının şücaətini göstərmişdi. Əmirəl-möminin (ə) də bu təkliflə razılaşaraq onunla evləndi. [1]

«Əyanüş-Şiə» kitabında da Həzrət Ümmül-Bəninin (s.ə) mənsub olduğu ailənin keçmişinə və ictimai mövqeyinə toxunulmuşdur. Bu kitabda həmin nəslin tanınmış simalarından, o cümlədən «Mülaibül-əsinnə» ləqəbi ilə məşhur olan Əbu Bəradan bəhs edilir. O, öz dövründə şücaəti ilə tanınırdı. Həmçinin Tüfeyl və onun oğlu Amir adlı-sanlı süvarilər kimi təqdim olunurlar. Həmin rəvayətdə Ləbidin bir şeiri də nəql edilir. Bu şeirdə Ümmül-Bəninin (s.ə) övladları öz şücaətləri, səxavətləri və mənsub olduqları nəslin şərəfi ilə fəxr edirlər. [2]

Kərbəla bayraqdarıının anası

«Məaliüs-sibtəyn» kitabında bu seçimin məqsədi daha ətraflı izah olunur. Həmin mənbədə nəql edilir ki, Əmirəl-möminin Həzrət Əli (ə) qardaşı Əqildən əsil-nəcabətli və şücaətli bir ailədən olan xanımı təqdim etməsini istəmişdi ki, İmam Hüseynin (ə) yanında dayanacaq və ona yardım edəcək bir övlad dünyaya gətirsin.

Bu izdivacın bəhrəsi Abbas, Abdullah, Cəfər və Osman adlı dörd igid övlad oldu. «Sirrüs-silsilətül-ələviyyə» kitabında da Abbasın (ə) və qardaşlarının bu izdivacdan dünyaya gəlməsinə işarə edilmişdir. [3] [4]

Tarixi mənbələr Həzrət Ümmül-Bəninin (s.ə) Əmirəl-möminin Həzrət Əli (ə) üçün həyat yoldaşı seçilməsini onun mənsub olduğu ailənin nüfuzu və şücaətinin tanınması ilə əlaqələndirirlər. Bu baxımdan, «Məaliüs-sibtəyn» kitabında nəql olunan məlumat həmin seçimin başqa bir məqsədini də üzə çıxarır: «Kərbəlada İmam Hüseynin (ə) vəfalı yardımçısı olacaq şücaətli bir övlad yetişdirmək».

Mənbələr

[1] Ümdətüt-talib, s. 320

[2] Əyanüş-Şiə, cild 7, s. 429.

[3] Məaliüs-sibtəyn, c 1, s. 434.

[4] Sirrüs-silsilətül-ələviyyə fi ənsabis-sadətül-ələviyyə, s. 131.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir