Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəminin İslam irsinin dirçəldilməsi istiqamətində səyləri

İmam Əli (ə) hərəminin İslam Araşdırmaları və Tədqiqatlar Mərkəzi İslam irsinin araşdırılması və dirçəldilməsi işini davam etdirir.

İmam Əli (ə) hərəminin Fikri və Mədəni İşlər bölməsinə tabe olan İslam Araşdırmaları və Tədqiqatlar Mərkəzi, Əmirəlmöminin (ə)-ın fəzilətləri, mənaqibi və həyatı, eləcə də şərəfli “Nəhcül-Bəlağə” kitabı ilə bağlı əsərlərə diqqət yetirilməsi barədə göstərişlərin icrası istiqamətində, irsi əlyazmaların tədqiqi və korrektəsi sahəsində fəaliyyətini genişləndirib.

Mərkəzin məsul şəxsi Şeyx Səlam ən-Nasiri xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: “Mərkəzin ən vacib vəzifələrindən biri möminlərin mövlasının (ə) həyatı və mənaqibi ilə bağlı əlyazmaların, həmçinin “Nəhcül-Bəlağə” kitabının tədqiqi və korrektəsidir. Bu istiqamətdə həmin sahəyə aid bir sıra ixtisaslaşmış əlyazmaların tədqiqinə və korrektəsinə başlanılıb.”

O, mərkəzin fəaliyyət mərhələlərini izah edərək əlavə edib: “İkinci mərhələ İmam Əli (ə) hərəminin xəzinəsindəki nadir və qiymətli əsərlərin, üçüncü mərhələ isə dünyanın müxtəlif yerlərindəki xəzinələrdə mövcud olan dəyərli əsərlərin tədqiqi və korrektəsini əhatə edir.”

Ən-Nasiri mərkəzin nailiyyətlərinə işarə edərək deyib: “İlk nəşr olunmuş külliyyat təxminən 13 cilddə 9 başlıqdan, ikinci külliyyat isə 9 cilddə 7 başlıqdan ibarətdir. Hazırda üçüncü külliyyatın hazırlanması üzərində iş gedir.”

Mərkəzin xidmətçilərindən olan Seyid Nəba əl-Həmmami bu əsərlərin elmi əhəmiyyətini vurğulayaraq bildirib: “İrsi əlyazmalar tarixi dəyərlərindən əlavə, yüksək elmi nüfuza da malikdir.”

O, bu işin dəqiq prosesini belə təsvir edib: “Əvvəlcə əsər elmi və irsi meyarlar əsasında seçilir; çünki hər bir köhnə əsər çap olunmağa və korrektə edilməyə layiq deyil. Sonra kitabxanalarda etibarlı nüsxələr tapıldıqdan sonra müəllifin həyat dövrünə daha yaxın olan nüsxələr (xüsusilə müəllifin öz xətti ilə olan və ya onunla müqayisə edilmiş nüsxələr) prioritet hesab olunur.”

O, sözlərinə əlavə edib: “Nüsxələr seçildikdən sonra yığım (hərfçini) və müqayisə prosesi başlayır. Bu mərhələdə bir nüsxə “əsas nüsxə” kimi seçilir və digər nüsxələrlə tutuşdurulur. Nəhayət, yığılmış mətn dəqiqliyindən əmin olmaq üçün yenidən əsas nüsxə ilə müqayisə edilir.”

Əl-Həmmami vurğulayıb: “Bu mərhələ çox yüksək diqqət tələb edir ki, yığım zamanı mümkün səhvlər və ya katiblərin ixtisarlarını oxumaqda yaranan yanlışlıqlar əsas mətndə yer almasın.”

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir