Most searched:

İmam Əli (ə)

Nəbəvi müsabiqənin nəticələri İmam Əli (ə) Müqəddəs Hərəmi tərəfindən elan edildi

İmam Əli (ə) Müqəddəs Hərəmi  “Sadiq Əmin” adlı nəbəvi müsabiqənin nəticələrini elan edib.

Dini İşlər şöbəsi İnformasiya Texnologiyaları şöbəsi ilə əməkdaşlıq çərçivəsində “Sadiqeyn həftəsi” proqramları zamanı keçirilmiş “Sadiq Əmin” nəbəvi müsabiqəsinin qaliblərini müəyyənləşdirmək üçün virtual püşkatma təşkil edib. Müsabiqədə İraqın daxilindən və xaricdən 10 mindən çox insan iştirak edib.

Dini İşlər şöbəsinin Təbliğat bölməsinin məsulu Şeyx Hani Kənani xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: “Bu müsabiqədə iştirakçıların sayı 10 mini keçib və 1000-dən çox iştirakçı tam bal toplamağa nail olub. Bundan sonra 93-dən çox qalibi müəyyənləşdirmək üçün virtual püşkatma keçirilib.

Birinci yerin qalibinə ümrə səfəri və Allahın Evini ziyarət etmək imkanı təqdim olunub. İkinci yerin mükafatı elektron planşet, üçüncü yerin mükafatı isə pul mükafatı olub. Digər qaliblərə isə Əmirəlmömininin (əleyhissəlam) qonaq evindən təbərrük hədiyyələri və İmam Əli (ə)  müqəddəs ziyarətgahından mərmər lövhələr təqdim edilib.”

Püşkatma İnformasiya Texnologiyaları şöbəsində, Dini İşlər şöbəsinin və İnformasiya Texnologiyaları Mərkəzinin bir sıra məsul şəxsləri və əməkdaşlarının iştirakı ilə keçirilib.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir