Bu mərasimdə Nəcəf hövzəsinin min illik elmi irsi Əmirəl-möminin (ə) hərəminin yaxınlığında bir daha nəzərdən keçirildi.
Əmirəl-möminin (ə) hərəminin yaxınlığında keçirilən Elmi Hövzənin minillik yubileyi şənliyində dini və akademik xadimlər hövzənin İslami təfəkkürün formalaşmasında və elmin yayılmasındakı əhəmiyyətini, həmçinin bu qurumun İraqın birliyinin və Əhli-beyt (ə) məktəbinin hüviyyətinin qorunmasındakı rolunu qeyd etdilər.