Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi İraq müqəddəs hərəmlərinin idarəçilərinin görüşünə ev sahibliyi etdi

İmam Əli (ə) hərəmi idarə heyəti, İraq müqəddəs ətbatının idarə heyətlərinin dövri görüşünə ev sahibliyi etdi.

Ortaq əməkdaşlıqların gücləndirilməsi istiqamətində, İmam Hüseyn (ə), Kəzimeyn və həzrət Abbas (ə) hərəmlərinin idarəçilərinin görüşünə İmam Əli (ə) hərəmi ev sahibliyi etdi. İmam Əsgərlər (ə) hərəminin idarə heyəti də bu görüşə virtual şəkildə qatıldı. İştirakçılar, İmam Əli (ə) hərəmi idarə heyətinin rəisi Seyid İsa Xərsan və idarə heyəti üzvləri tərəfindən qarşılandı.

Bu görüş, İmam Əli (ə) hərəmi idarə heyətinin rəisi Seyid İsa Xərsanın dəstəyi və nəzarəti altında keçirildi. Görüşdə həmçinin İmam Əli (ə) hərəmi idarə heyətinin müavini və idarəetmə şurasının üzvləri də iştirak etdilər.

Heyət üzvləri proqramın əvvəlində Əmirəl-möminin İmam Əli (əleyhissalam)-ın hərəminə gələrək həzrətin ziyarətinə şərəf nail oldular və ziyarət mərasimini İmam Əli (ə) hərəminin səhnində yerinə yetirdilər.

Görüşdə müqəddəs ətbatın tikinti fəaliyyətləri və layihələri ilə bağlı ortaq mövzular, həmçinin zəvvarlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi yolları müzakirə və araşdırıldı.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir