Most searched:

İmam Əli (ə)

İmam Əli (ə) hərəmi tərəfindən yeni təhsil kompleksinin açılış mərasimi

İmam Əli (ə) hərəmi, “Həzrət Məhəmməd (s) və imam Sadiq (ə) həftəsi” proqramları ilə eyni vaxtda yeni bir təhsil kompleksinin açılışını həyata keçirdi.

İmam Əli (ə) hərəminin rəhbərliyi, Əlviyyə Təhsil Heyəti vasitəsilə, Peyğəmbər Cənabı (s.ə.s) və Onun nəvəsi İmam Cəfər Sadiq (ə.s)-ın mövlud günləri münasibəti ilə keçirilən “Sadiqin Həftəsi” tədbirləri çərçivəsində, bir sıra rəsmi, təhsil, akademik və ictimai xadirlərin iştirakı ilə “Əlviyyə Məktəblər Kompleksi”ni açdı.

Açılış mərasimi Nəcəf-i Əşrəf valisi Yusif Kənavi, Vilayət Şurasının rəisi Hüseyn əl-İsavi, İmam Əli (ə) hərəminin rəhbər müavini İhsan Tayın himayəsi və iştirakı ilə, həmçinin rəhbərlik heyəti və müxtəlif bölmələrin rəhbərlərinin iştirakı ilə keçirildi.

Mərasim İmam Əli (ə) hərəminin rəhbərinin çıxışı ilə başladı və bu çıxışı rəhbərlik heyətinin üzvü Mustafa Mani oxudu. O, öz çıxışında elmə və elmin insan xarakterinin formalaşmasındakı roluna xüsusi vurğu edərək qeyd etdi: “Məktəblər bilik toplamaq üçün bir platforma, tərbiyə olunmaq üçün bir meydan və dəyərlərin yetişdirilməsi üçün bir zəmindir.”

O, əlavə etdi ki, bu məktəblərin İmam Əli (ə) hərəminə bağlı olması, elmi və əxlaqi dəyərlərin dərk edilməsi, həmçinin şagirdlərin daxilində yüksək iradənin formalaşdırılması məsuliyyətini daha da artırır.

Açılış mərasimində bir sıra rəsmi şəxslər də çıxış edərək, İmam Əli (ə) hərəminin Nəcəf-i Əşrəf vilayətində təhsil sektoruna dəstək verməsi və təhsil mühitinin yüksəldilməsi istiqamətindəki fəaliyyətlərini yüksək qiymətləndirdilər. Bu addımlar, bilikli, bacarıqlı və əxlaqi dəyərlərə sahib bir nəsil yetişdirmək məqsədi daşıyır.

Əlviyyə Təhsil Heyətinin rəsmi nümayəndəsi Mərtəza əl-Həmami bildirib ki: “Bu heyətin fəaliyyəti yalnız bir məktəblər kompleksinin idarə edilməsi ilə məhdudlaşmır; əksinə, bu heyət şagirdin şəxsiyyətinin formalaşdırılması, istedadlarının kəşf edilməsi və təhsil-tərbiyə sahəsində fərqli bir gələcəyin qurulmasında rol oynayan vahid bir tərbiyə sistemidir.”

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir