İmam Əli (ə) hərəmi, Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibətilə Nəcəfi Əşrəfdəki xəstəxanalarda yeni doğulmuş körpələrə hədiyyələr təqdim edib.
İmam Əli (ə) hərəminin İctimaiyyətlə əlaqələr şöbəsi, Böyük Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mövlud ildönümü münasibətilə Nəcəfi Əşrəf əyalətinin xəstəxanalarında dünyaya gələn bir sıra körpələrə hədiyyələr verib.
Daxili əlaqələr şöbəsinin rəhbəri Kərrər əl-Musəvi xəbər mərkəzinə verdiyi müsahibədə deyib: «Beşinci Beynəlxalq Sadiqeyn Həftəsinin proqramları çərçivəsində İmam Əli (ə) hərəmi yeni doğulan körpələrin ailələrini təbrik edərək, onlara hədiyyələr təqdim edib.»
Əl-Musəvi əlavə edib: «İmam Əli (ə) hərəminin nümayəndə heyəti Nəcəfi Əşrəf şəhərinin mərkəzindəki bir sıra xəstəxanalara baş çəkərək, yeni övlad sahibi olan ailələrlə görüşüb və onların sevincinə şərik olub. Bu proqram dini işlər, nəqliyyat və media şöbələrinin əməkdaşlığı ilə həyata keçirilib.»
Qeyd etmək lazımdır ki, bu təşəbbüs İmam Əli (ə) hərəminin artıq beşinci ildir ki, ardıcıl olaraq keçirdiyi və dini, mədəni və sosial proqramları, fəaliyyətləri özündə cəmləşdirən Beşinci Beynəlxalq “Həzrət Məhəmməd (s) və İmam Sadiq (ə) həftəsinin” proqramları çərçivəsində təşkil edilib.










