Most searched:

İmam Əli (ə) hərəmin

Həzrət Məhəmməd (s) və İmam Sadiq (ə) Beynəlxalq Həftəsinin başlanması münasibətilə İmam Əli (ə) hərəminin müqəddəs ziyarətgahında Quran məclisi keçirilib

Həzrət Məhəmməd (s) və İmam Sadiq (ə) Beynəlxalq Həftəsinin başlanması münasibətilə İmam Əli (ə) hərəminin müqəddəs ziyarətgahında Quran məclisi keçirilib

İmam Əli (ə) hərəmi “Həzrət Məhəmməd (s) və İmam Sadiq (ə) həftəsi”  V Beynəlxalq Həftəsi çərçivəsində müqəddəs ziyarətgahda Quran məclisi təşkil edib.

İmam Əli (ə) hərəminin Fikri və Mədəni İşlər bölməsinə tabe olan Darül-Quran “Həzrət Məhəmməd (s) və İmam Sadiq (ə) V Beynəlxalq Həftəsi proqramları çərçivəsində müqəddəs hərəmdə Quran məclisi keçirib.

Məclisdə İraqın daxilindən və xaricindən olan qarilər və məddahlarla yanaşı, Əmirəl-möminin İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edən zəvvarlar da iştirak ediblər.

Darül-Quranın məsulu Əla Möhsin bildirib: «Bu məclisdə İmam Əskəri (ə) hərəminin qari və müəzzini İshaq əl-Ətiyyə, həmçinin İran İslam Respublikasından olan beynəlxalq qari Yunis Şahməradi iştirak edib.

Bundan əlavə, müqəddəs Kərbəla vilayətindən olan məddah və mədhiyyəxan Əli əl-Ənbər də proqramda iştirak edib. İmam Əli (ə) hərəminin nəğmə qrupu isə məclisin son hissələrində öz proqramını təqdim edib».

O əlavə edib: «Bu məclis Əmirəl-möminin İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edən zəvvarların böyük marağı ilə qarşılanıb».

Darül-Quranın məsulu həmçinin bildirib: «Məclis zamanı Əmirəl-möminin İmam Əlinin (ə) hərəminin zəvvarlarına və məclisdə iştirak edərək tilavətləri dinləyənlərə təbərrük hədiyyələrinin təqdim edilməsi üçün püşkatma mərasimi keçirilib».

O qeyd edib: «Bu məclis İmam Əli (ə) hərəminin rəhbərliyinin İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və onun əziz nəvəsi İmam Cəfər Sadiqin (ə) mövludlarının ildönümü münasibətilə təşkil etdiyi “Həzrət Məhəmməd (s) və İmam Sadiq (ə) həftəsi” V Beynəlxalq Həftəsinin proqramlarından biridir».

Qeyd edək ki, İmam Əli (ə) hərəminin rəhbərliyi artıq beşinci ildir ki, “Həzrət Məhəmməd (s) və İmam Sadiq (ə) həftəsi” Beynəlxalq Həftəsinin tədbirlərini keçirir. Bu həftə çərçivəsində şeir festivalları, mədəni proqramlar, müzakirə xarakterli görüşlər, Quran və xalq məclisləri, onlayn müsabiqələr, uşaqlar üçün xüsusi tərbiyəvi proqramlar və təlim seminarları təşkil olunur. Həmçinin bu həftənin bir sıra tədbirləri müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında və Pakistanda keçirilir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir