İmam Əli (ə) hərəminin mütəvəllisi Seyid İsa əl-Xərsan İmam Hadi və İmam Həsən Əskərinin (əleyhiməs-səlam) hərəmini ziyarət etmək üçün Səmərra şəhərinə səfər edib və İmam Əskəri (ə) hərəminin mütəvəllisi ilə görüşüb.
Seyid İsa əl-Xərsan nümayəndə heyəti ilə birlikdə Səmərra şəhərinə gedərək İmam Hadi və İmam Həsən Əskərinin (əleyhiməs-səlam) müqəddəs hərəmini ziyarət edib. O, İmam Əskəri (ə) hərəminin mütəvəllisi doktor Nafi Cəmillə görüşərək fikir mübadiləsi aparıb.
Görüş zamanı tərəflər müqəddəs hərəmlərə və zəvvarlara xidmət göstərmək məqsədilə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
İmam Əli (ə) hərəminin mütəvəllisi daha sonra açılışına hazırlıq görülən İmam Hadi və İmam Həsən Əskəri (əleyhiməs-səlam) muzeyinə baş çəkib. Ardınca Nəcəfi-Əşrəf vilayətinə aid olan və zəvvarlara xidmət göstərmək məqsədilə Səmərra şəhərində fəaliyyət göstərən bir sıra xeymələrə və Hüseyni heyətlərə baş çəkib.
Səfər çərçivəsində həmçinin Səmərra şəhərində İmam Əli (ə) hərəminin xidmətçiləri tərəfindən göstərilən yardımçı xidmətlərin vəziyyəti yerindəcə araşdırılıb. Bu xidmətlərin həyata keçirilməsinə texniki-təchizat, xidmət, mühafizə, zəvvarların qonaq evi və media bölmələri cavabdehdir.






