İmam Əlinin (ə) müqəddəs hərəmi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) şəhadətinin ildönümü ərəfəsində Hüseyni xiymələr arasında ərzaq məhsulları və içməli suyun paylanmasına başlayıb.
İmam Əlinin (ə) müqəddəs hərəminin Hüseyni xiymələrə dəstək komitəsi Peyğəmbər Əkrəmin (s) şəhadətinin ildönümü ərəfəsində bu əzəmətli mərasimin qeyd olunması ilə bağlı tədbirlər və hazırlıqlara başlayıb. Bu çərçivədə Nəcəf şəhərinin qədim hissəsində, İmam Əlinin (ə) müqəddəs hərəminin ətrafında, eləcə də İmam Əli (ə) küçəsində fəaliyyət göstərən Hüseyni xiymələrə müxtəlif dəstək və yardımlar göstərilir.
Hüseyni xiymələrə dəstək komitəsinin sədri Əhməd Nəcm ər-Rukəbi xəbər mərkəzinə açıqlamasında bildirib: «Xiymələrin ehtiyaclarının təmin edilməsi və zəvvarlara xidmət göstərilməsi məqsədilə hazırlanmış dəstək planının ilk mərhələsi təxminən 250 Hüseyni xiyməni əhatə edir. Bu mərhələdə müxtəlif növ ərzaq məhsulları, içməli su və buz paylanılır».
İmam Əlinin (ə) müqəddəs hərəmi həmçinin İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) şəhadətinin ildönümünü qeyd etmək məqsədilə Səfər ayının 28-də Nəcəf şəhərinə gələcək zəvvarları qarşılamaq üçün hazırlıqlarını davam etdirir.







