Most searched:

İmam Əli (ə)

İmam Əli (ə) hərəminin Ərbəin zəvvarlarına göstərdiyi möhtəşəm xidmətlər – qısa icmal

Ələvi kərəməti kölgəsində Ərbəin zəvvarları

İmam Əli (ə) hərəmi Ərbəin günlərində genişmiqyaslı və fərqləndirici xidmətlər göstərərək milyonlarla İmam Hüseyn (ə) zəvvarına ev sahibliyi edib.

Milyonlarla zəvvarın qəbulu

Qeydiyyata alınmış statistikaya əsasən, Səfər ayının ilk günündən ayın 20-dək 17 milyon 463 min 11 nəfər Həzrət Əmirəlmöminin İmam Əlinin (ə) mübarək hərəmini ziyarət edib.

İçməli su təminatı

Ərbəin ziyarəti günlərində İmam Əli (ə) hərəminin təşəbbüsü ilə zəvvarlar arasında 70 milyon litr təmizlənmiş içməli su paylanılıb. Bununla yanaşı, zəvvarlara 13 milyondan çox stəkan su təqdim olunub.

Ələvi qonaqpərvərliyi

İmam Əli (ə) hərəminin qonaq evi 16 iaşə mərkəzi vasitəsilə Ərbəin zəvvarlarına ümumilikdə 7 milyon 500 min yemək təqdim edib.

Zəvvarların yerləşdirilməsi

Ərbəin zəvvarlarının rahatlığını təmin etmək məqsədilə geniş yerləşdirmə infrastrukturu yaradılıb:

  • Həzrət Zəhra (s.ə.) həyətində 4 böyük zal istifadəyə verilib;
  • İmam Əli (ə) hərəminin ətrafında və İmam Rza (ə) şəhərciyində 4 istirahət məkanı təchiz olunub;
  • 49 min kvadratmetr kölgəliklə təchiz edilmiş sahə zəvvarların istifadəsinə verilib.

Texniki və informasiya texnologiyaları xidmətləri

Ərbəin günlərində zəvvarların təhlükəsizliyini təmin etmək üçün 5 mindən çox müşahidə kamerası quraşdırılıb və istifadəyə verilib. Bundan əlavə, İmam Əli (ə) hərəminin ətrafında çoxdilli istiqamətləndirici lövhələr yerləşdirilib, 13 min 500 zəvvara internet xidməti göstərilib.

Mədəni və dini xidmətlər

İmam Əli (ə) hərəmi dini hökmlərlə bağlı sualların cavablandırılması üçün dini elm hövzəsinin alimlərinin nəzarəti altında 21 şəri suallara cavab məntəqəsi yaradıb. Eyni zamanda, İraqın müxtəlif vilayətlərində 1000 Quran müəlliminin iştirakı ilə 250 Quran məntəqəsi fəaliyyət göstərib.

Zəvvarlara xidmət şərəfi

Ərbəin günlərində 10 min 214-dən çox könüllü xidmətçi öz ixtisas və bacarıqlarına uyğun şəkildə müxtəlif sahələrdə təşkilatlanaraq İmam Əli (ə) hərəminin ətrafında zəvvarlara xidmət göstərib.

Mədəni və incəsənət proqramları

İmam Əli (ə) hərəminə bağlı “Möhsin” Mədəniyyət Mərkəzi piyada yürüşü marşrutu boyunca təşkil etdiyi mədəni və bədii proqramlarla Ərbəin dastanını uşaq zəvvarlara tanıdıb. Həmçinin keçirilən rəsm sərgiləri vasitəsilə Aşura hərəkatı və Hüseyni mədəniyyət təbliğ olunub.

İtkin düşmüş zəvvarlara yardım

5 itkin zəvvarların bələdçilik mərkəzi yaradılıb və onların fəaliyyəti nəticəsində 21 min 800 zəvvar ailələrinə qovuşdurulub.

Tibbi xidmətlər

Ərbəin günlərində zəvvarlara tibbi yardım göstərmək üçün 5 tibb məntəqəsi fəaliyyət göstərib. Bu məntəqələrdə Nəcəf Səhiyyə İdarəsi ilə əməkdaşlıq çərçivəsində 392 qadın və kişi tibb işçisi xidmət göstərib.

Nəqliyyat və zəvvarların rahat hərəkəti

İmam Əli (ə) hərəmi 470 ictimai nəqliyyat vasitəsini səfərbər edərək Ərbəin zəvvarlarının daşınması və rahat hərəkətinin təmin olunması üçün bütün nəqliyyat imkanlarını xidmətə cəlb edib.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir