Most searched:

Ərbəin

İmam Əli (ə) hərəmi Ərbəin günlərində uşaqlar üçün xüsusi proqramlar həyata keçirir

“Möhsün” Uşaq Mədəniyyət Mərkəzi Ərbəin yürüşü marşrutu boyunca təşkil etdiyi mədəni proqramlarla uşaqların qəlbində mənəvi dəyərlərin möhkəmləndirilməsini hədəfləyir.

İmam Əli (ə) hərəminin Ələvi Tərbiyə Heyətinə bağlı “Möhsün” Uşaq Mədəniyyət Mərkəzi, Ərbəin günləri ilə eyni vaxtda zəvvarlar üçün “Möhsün Səhnəsi“ və “Möhsün Düşərgəsi“ adlı mədəni və tərbiyəvi proqramlar təşkil edib.

Bu proqramlar Ərbəinin mənəvi ab-havasından faydalanaraq İslam maarifini yaymaq, Əhli-beytin (ə) dəyərlərini yeni nəslin düşüncə və mənəviyyatında möhkəmləndirmək məqsədilə hazırlanıb və həyata keçirilir.

Uşaqların tərbiyəsi üçün geniş proqram

“Möhsün” Mərkəzinin əməkdaşı Əli Heydər İmam Əli (ə) hərəminin Xəbər Mərkəzinə bildirib:

“İmam Hüseynin (ə) Ərbəin mərasimləri ilə eyni vaxtda uşaqlar üçün müxtəlif proqramlar həyata keçirilir.”

O əlavə edib:

“Möhsün Düşərgəsi” təlim, mədəni və tərbiyəvi fəaliyyətlər vasitəsilə İslam dəyərlərini və Əhli-beytin (ə) təlimlərini uşaqların düşüncə və qəlbində möhkəmləndirməyə çalışır. Eyni zamanda, uşaqların bu təbəqəni hədəf alan ideoloji və mədəni çağırışlara qarşı maarif və düşüncə səviyyəsinin artırılması məqsədini daşıyır.

Ailələrin böyük marağı

Əli Heydər proqramlara göstərilən geniş maraqdan danışaraq deyib:

“Mərkəzin fəaliyyətləri uşaqların və onların ailələrinin böyük iştirakı ilə keçirilir. Əyləncə ilə təhsili birləşdirən müasir üsullarla təqdim olunan mədəni və təlim proqramları iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.”

O qeyd edib ki, bu yanaşma uşaqlarda müsbət tərbiyəvi dəyərləri gücləndirməklə yanaşı, onları Əhli-beytin (ə) nurani həyatı və yüksək insani dəyərləri ilə daha yaxından tanış edir.

Qeyd edək ki, bu proqramlar İmam Əli (ə) hərəminin milyonlarla zəvvarın iştirak etdiyi ziyarət günlərində mədəni fəaliyyətlərin genişləndirilməsi strategiyası çərçivəsində həyata keçirilir. Bu strategiyada uşaq cəmiyyətin gələcəyinin formalaşmasında əsas amil kimi qəbul edilir və məqsəd İmam Hüseyn (ə) məktəbindən iman, maarif və islahat dərsləri alan, dərin dini və mədəni dünyagörüşünə malik bir nəslin yetişdirilməsidir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir