İmam Əli (ə) hərəmi Nəcəfi-Əşrəf Beynəlxalq Hava Limanında xidmət məntəqəsi yaradaraq Ərbəin zəvvarlarını qarşılayır.
İmam Əli (ə) hərəminin İctimaiyyətlə Əlaqələr bölməsi Nəcəfi-Əşrəf Beynəlxalq Hava Limanının gözləmə zalında xidmət məntəqəsi yaradaraq İraqın xaricindən bu ölkəyə daxil olan Hüseyni Ərbəin zəvvarlarını qarşılayır. Zəvvarlara Nəcəfi-Əşrəf şəhərinə daxil olduqları andan etibarən qonaqpərvərlik və sahə dəstəyi xidmətləri göstərilir.
Daxili Əlaqələr bölməsinin məsulu Kərar Şakir bildirib: «Bu bölmə Səfər ayının 10-dan etibarən hava limanında xidmət mərkəzini fəaliyyətə başlayıb. İçməli su, müxtəlif içkilər, qonaqpərvərlik süfrələri və digər xidmətlər təqdim etməklə müqəddəs Əmirəl-möminin (ə) hərəmini ziyarət etmək üçün Nəcəfi-Əşrəfə gələn zəvvarları müqəddəs Kərbəlaya yola düşərək Ərbəin mərasimində iştirak etməzdən əvvəl qarşılayır».
O əlavə edib: «Bu xidmət məntəqəsi Ərbəin mərasiminin sonunadək fəaliyyətini davam etdirəcək. Genişmiqyaslı proqram çərçivəsində milyonlarla zəvvarın layiqli şəkildə qarşılanması üçün münasib şərait yaratmağa və onların İraqa daxil olduqları ilk andan etibarən mənəvi və rahat səfər keçirmələri üçün lazımi imkanları təmin etməyə çalışır».
Nəcəfi-Əşrəf Beynəlxalq Hava Limanında bu xidmət mərkəzinin yaradılması imam Əli (ə) hərəminin Ərbəin zəvvarlarını qarşılamaq üçün həyata keçirdiyi genişmiqyaslı proqramın bir hissəsidir. Bu proqram müxtəlif məntəqələrdə xidmət məntəqələrinin yaradılmasını, zəvvarlara qonaqpərvərlik, nəqliyyat, bələdçilik və dəstək xidmətlərinin göstərilməsini əhatə edir.




