Most searched:

Ərbəin

İmam Əli (ə) hərəmi Ərbəin zəvvarlarına dini və mədəni xidmətlər göstərir

İmam Əli (ə) hərəmi Ərbəin zəvvarlarını qarşılayarkən dini və maarifləndirici sahədə mədəni xidmətlərin göstərilməsini genişləndirir.

İmam Əli (ə) hərəmi Ərbəin mərasiminin keçirilməsi üçün hər il həyata keçirilən hazırlıqlarla eyni vaxtda müxtəlif bölmələri vasitəsilə genişmiqyaslı dini və maarifləndirici xidmətlər göstərməkdə davam edir.

Bu xidmətlər İraqın daxilindən və xaricindən Nəcəfi-əşrəfə gələn milyonlarla zəvvarın iştirakı ilə eyni vaxtda, ziyarət əməllərini və ibadətləri daha yaxşı yerinə yetirmələrinə kömək etmək, onlar üçün mənəvi və maarifləndirici mühit yaratmaq məqsədilə təqdim olunur.

İmam Əli (ə) hərəminin Dini İşlər bölməsinin rəhbəri şeyx Kərar əl-Xəfaci hərəmin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Dini mədəniyyətin və maarifin yayılması Ərbəin günlərində zəvvarlara göstərilən ən mühüm xidmətlərdəndir.

Bu məqsədlə imam Əli (ə) hərəminin daxilində və xaricində şəri suallara cavab verən məntəqələr yaradılıb. Bu məntəqələrin bir qismi kişilər, digər qismi isə qadınlar üçün nəzərdə tutulub. Hövzə elmi mərkəzinin bir qrup alim və tələbəsi də bu məntəqələrdə iştirak edir və zəvvarların dini və şəri suallarını cavablandırır».

O əlavə edib: «Bu məntəqələrin fəaliyyəti yalnız şəri sualların cavablandırılması ilə məhdudlaşmır. Burada zəvvarların maarifləndirici və ibadi ehtiyaclarına uyğun dini və mədəni əsərlər, eləcə də nəşrlər də paylanılır. Həmçinin bu əsərlərin minlərlə nüsxəsi zəvvarlara pulsuz təqdim olunur. Bu addım dini maarifin yayılması və İslamın əsil mədəniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilir».

Əl-Xəfaci sonda vurğulayıb: «Bütün bu səylər Əmirəlmöminin (ə) zəvvarlarına layiqli xidmət göstərmək və İraqın daxilindən və xaricindən Nəcəfi-əşrəfə gələn zəvvarların ziyarət mərasimlərini yerinə yetirmələrini asanlaşdırmaq məqsədilə həyata keçirilir».

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir