İmam Əli (ə) hərəmi əlyazmaların bərpası və qorunması məqsədilə ixtisaslaşdırılmış təlim kursu keçirib.
İmam Əli (ə) hərəmi mədəni irsin qorunması istiqamətində səylərin davam etdirilməsi, hərəmin müxtəlif bölmələri ilə İraq universitetləri arasında elmi və mədəni əməkdaşlığın gücləndirilməsi çərçivəsində Fikri və Mədəni İşlər bölməsi Ələvi Xəzinəsi bölməsi vasitəsilə Kufə Universitetinin Arxeologiya və Mədəni İrs fakültəsinin Əlyazmalar ixtisasında təhsil alan bir qrup tələbəni qəbul edib. Tələbələr əlyazmaların qorunması, saxlanılması və bərpası ilə bağlı ixtisaslaşdırılmış təlim kursunda iştirak ediblər.
İmam Əli (ə) hərəminin Fikr və Mədəni İşlər bölməsinin rəhbər müavini Əmmar Maşaəllah hərəmin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu proqram tələbələrin məlumatlılığını artırmaq, onları bu qiymətli əsərlərin tarixi və irsi əhəmiyyəti ilə tanış etmək, həmçinin bu xəzinələrin qorunmasında və gələcək nəsillərə çatdırılmasında onların rolunu izah etmək məqsədilə keçirilib.
Bu kurs əlyazmalar elmi və onların qorunması üsulları ilə bağlı təlim sessiyalarından, eləcə də əlyazmaların bərpası sahəsində praktiki seminarlardan ibarət olub».
Bu kurs İmam Əli (ə) hərəminin elmi və mədəni layihələrə dəstək göstərmək, eləcə də tarixi və mənəvi mövqeyinə uyğun olaraq İslam irsinin qorunması, mühafizəsi və ona xidmət sahəsində fəaliyyət göstərə biləcək ixtisaslı kadrlar yetişdirmək strategiyası çərçivəsində keçirilib.

