Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi tərəfindən Ərbəin mərasimlərinin geniş işıqlandırılması proqramına başlanılıb

İmam Əli (ə) hərəmi Bəsrədən müqəddəs Kərbəla və Nəcəf-əşrəfə qədər davam edən Ərbəin yürüşünün media işıqlandırılmasına başlayıb.

İmam Əli (ə) hərəminin Media bölməsi Ərbəin mərasiminin keçirilməsinə hazırlıq çərçivəsində bu milyonlarla insanın iştirak etdiyi tədbirin media vasitəsilə işıqlandırılması üçün genişmiqyaslı və vahid proqram hazırlayıb.

Bu proqramın məqsədi müxtəlif media platformaları vasitəsilə Ərbəin mərasiminin real mənzərəsini əks etdirmək və zəvvarlara göstərilən xidmətlərin genişliyini ictimaiyyətə təqdim etməkdir.

İmam Əli (ə) hərəminin Media bölməsinin müavini Cəfər əl-Bədiri hərəmin Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib:

«Bu media proqramı imam Əli (ə) hərəminin peyk televiziyası və radiosu vasitəsilə xüsusi proqramların hazırlanması və yayımlanmasını əhatə edir və 20 gün davam edəcək. Proqram zəvvarların Bəsrə vilayətindəki yürüşün başlanğıc nöqtəsindən müqəddəs Kərbəla şəhərinə çatana qədər hərəkətini izləyəcək. Zəvvarların keçdiyi müxtəlif vilayətləri və yolboyu istirahət məntəqələrini, həmçinin Bağdad-Kərbəla əlaqələndirici yolunu işıqlandıracaq. Bununla da yürüşün bütün mərhələləri, eləcə də Ərbəin mərasiminə aparan yollardakı mənəvi ab-hava və xidmətlər tamaşaçılara təqdim olunacaq.»

O əlavə edib:

«Bu proqram həmçinin imam Əli (ə) hərəminin bütün fəaliyyətlərini Xəbər Mərkəzi və sosial media məzmununun hazırlanması bölməsi vasitəsilə izləyəcək. Bundan əlavə, media mesajları Nəcəf-əşrəf vilayətinin müxtəlif yerlərində quraşdırılmış ekranlar vasitəsilə yayımlanacaq ki, bu media işıqlandırması mümkün qədər geniş auditoriyaya çatsın.»

Əl-Bədiri sözlərinə belə davam edib:

«Media bölməsi media qurumları, istehsal qrupları, jurnalistlər və media fəalları ilə koordinasiya məqsədilə xüsusi media əməliyyat otağı yaradıb. Bununla da Əmirəlmöminin imam Əlinin (ə) müqəddəs hərəmi və Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyətindən mərasimin canlı yayımlanması üçün bütün zəruri texniki və dəstək imkanları təmin ediləcək. Eyni zamanda, milyonlarla zəvvarın iştirakı layiqincə işıqlandırılacaq.»

O vurğulayıb:

«Bu plan həmçinin fasiləsiz canlı yayımı, reportajların və sahə proqramlarının hazırlanmasını, son xəbərlərin yayılmasını, eləcə də İmam Əli (ə) hərəminin zəvvarlara xidmət göstərmək üçün gördüyü hazırlıq və həyata keçirdiyi xidmətlərin sənədləşdirilməsini əhatə edir. Bu tədbirlər Ərbəin mərasiminin daha möhtəşəm keçirilməsi üçün görülən genişmiqyaslı səylərin əks olunmasına xidmət edəcək.»

Qeyd edək ki, bu genişmiqyaslı media proqramı imam Əli (ə) hərəminin Ərbəin mərasiminin mənəvi ab-havasını dünyaya çatdırmaq, eləcə də milyonlarla zəvvara xidmət göstərilməsi istiqamətində həyata keçirilən geniş təşkilati və xidmət fəaliyyətlərini təqdim etmək məqsədilə ən müasir media vasitələrindən istifadə etməyə verdiyi önəmin göstəricisi olaraq hazırlanıb və həyata keçirilir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir