Most searched:

Kərbəlayi-Müəllaya

İmam Əli (ə) hərəminin əzadarlıq dəstəsinin Kərbəlayi-Müəllaya yürüşü

İmam Əli (ə) hərəminin xidmət məntəqəsi (mövkəbi), Aşura faciəsi şəhidlərinin pak cənazələrinin dəfn edilməsinin ildönümü münasibətilə Kərbəlayi-Müəllada əza mərasimi keçirdi.

İmam Əli (ə) hərəminin xidmət məntəqəsi (mövkəbi), Aşura faciəsi şəhidlərinin pak cənazələrinin dəfn edilməsinin ildönümündə Kərbəlayi-Müqəddəsdə möhtəşəm əzadarlıq mərasimi təşkil etdi. Mərasimdə imam Əli (ə) hərəminin müxtəlif şöbələrində fəaliyyət göstərən xidmətçilər iştirak edirdilər.

İmam Əli (ə) hərəminin xidmətçiləri əzadarlıq karvanı şəklində imam Hüseynin (ə) və onun əziz qardaşı həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmlərini ziyarət etdilər. Mərasim boyunca Hüseyni mərsiyələr oxuyaraq bu ürəkdağlayan müsibətə görə dərin hüzn və kədərlərini, həmçinin öz həmrəy və həmdərd olduqlarını ifadə etdilər.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir